Ermənistandakı əndişə anlaşılandır
07:55 20.02.2019
Arxiv
590
Azərbaycanın inkişafı, hərbi gücünün artması işğalçıya heç bir şans saxlamır
Azərbaycan məsələləri üzrə erməni ekspert Taron Ovannisyan iddia edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi yenilənənə qədər Bakı hərbi əməliyyatlara əl atmayacaq. Erməni ekspert bildirib ki, indiki məqamda bunu etmək Azərbaycan üçün sərfəli deyil:
"Hərbi əməliyyatlara başlamaq kobud dillə desək, Bakının ATƏT-in Minsk Qrupunun həmsədrlərini saya salmaması və danışıqlar prosesinə qoşulmaq istəməməsi anlamına gəlir”. Ovannisyan Azərbaycanı "danışıqların nəticəsiz olması faktını irəli sürərək vəziyyəti gərginləşdirməkdə” də suçlayıb: "Razılaşmalar əldə olunmazsa, gərginlik artacaq. Hazırda tərəflər həmsədr ölkələrin və dövlət başçılarının vasitəçiliyi ilə danışıqlar üçün zəmin axtarıb tapmağa çalışırlar”.
Erməni siyasi şərhçinin iddialarını "Şərq”ə dəyərləndirən siyasi şərhçi Anar İmanov bildirib ki, bu açıqlama Ermənistanın rəsmi Bakının addımlarından qorxduğunu göstərir: "İstər sülh, istərsə də hərb yolu Ermənistanı bərk narahat edir. Çünki işğalçılar anlayırlar ki, gec-tez Azərbaycan öz torpaqlarını qeri qaytaracaq.
Hadisələrin gedişatı Ermənistanın xeyrinə deyil. Sülh və ya hərb yolu, nə olursa-olsun, sonda Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları qaytarmalıdır, başqa çıxış yolu yoxdur. Şahmatda buna "suqsvanq”, yəni hər hansı gedişin əlverişsiz nəticə ilə başa çatan mövqeyi deyilir”.
Analitik bildirib ki, Ermənistan ATƏT-in Minsk Qrupundan əl çəkmək istəmir:
"İrəvan mənasız Minsk Qrupundan çox razıdır. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi işğalçının xeyrinədir. Ona görə də Ermənistan bu qrupdan iki əllə, iki ayaqla yapışıb. Bu qrup işğalçının son ümididir. Ermənistanda düşünürlər ki, bu cür absurd açıqlamalarla vaxtı uzada biləcəklər. Amma artıq vəziyyət dəyişib. Azərbaycanın inkişafı, hərbi gücünün artması işğalçıya heç bir şans saxlamır. Nəticə Ermənistana indidən bəllidir və mən əminəm ki, yaxın gələcəkdə bu cür absurd açıqlamaların sayı çoxalacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya