Ermənistanın itən "Su-25" qırıcısı qəzaya uğrayıbmış - 2 zabit ölüb



Ermənistanda bundan əvvəl əlaqənin itdiyi "Su-25" qırıcısının ekipajı həlak olub.

Trend-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan bildirib ki, təyyarə Şirak vilayətinin Maralik rayonunda qəzaya uğrayıb.

Hadisə nəticəsində podpolkovnik Armen Babayan və mayor Movses Manukyan həlak olublar.