Əsas məsələ ordunun siyasi proseslərə cəlb olunmasıdır
Ermənistanın müdafiə naziri ölkənin paxırlarını açdı
07:45 30.01.2019
Arxiv
635
Ordu Paşinyanın nəzarətindən çıxmaq üzrədir
Əsas məsələ ordunun siyasi proseslərə cəlb olunmasıdır
Əsas məsələ ordunun siyasi proseslərə cəlb olunmasıdır
Ermənistan ordusunda yaşanan əsas problemlərdən biri insan resursunun çatışmazlığı ilə bağlıdır. Hansı ki, bu çatışmazlıq xəstə çağırışçıların ordu sırasına cəlb edilməsinə səbəb olur.
Ermənistanın müdafiə naziri David Tonoyan erməni mediasına açıqlamasında Ermənistan ordusunun tam müqaviləli hərbi xidmətə keçmək üçün böyük resurslara ehtiyacı olduğunu deyib: "Hazırda müharibə vəziyyəti ilə bağlı Ermənistan böyük orduya sahib olmalıdır. Bizim bütün beynəlxalq standartlar üzrə əhalinin sayı ilə qeyri-mütənasib ordumuz olmalıdır. Biz icbari və müqaviləli hərbi xidmət sistemini təkmilləşdirmək üçün hər şeyi etməliyik. Çünki başqa variantımız yoxdur. Lakin bu gün bizim tam müqaviləli hərbi xidmətə keçmək üçün böyük resurslara ehtiyacımız var”.
O, həmçinin qeyd edib ki, bu gün orduya müəyyən məhdudiyyətləri olan gənc insanlar da çağrılır ki, bu da yanlışdır:
"Orduda sağlam gənclər xidmət aparmalıdır. Müəyyən tibbi məhdudiyyətləri olan şəxslər üçün isə yeni format tətbiq edəcəyik. Lakin ciddi problemləri olan gənclər xidmət aparmayacaq".
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistan ordusunun hazırda bərbad durumda olduğunu deyib. Onun sözlərinə görə, Ermənistan ordusunun bu vəziyyəti iki prizmadan təhlil olunmalıdır:
"Ordunun yemək, geyim, maaş problemi var. Ermənistan ordusunda fəaliyyət göstərən leytenantlar normadan hədsiz aşağı maaş alır. Üstəlik də əsgər çatışmazlığı olduğundan hərbiyə yararlı olmayan, əlil şəxsləri orduya çağırırlar.
Tonoyan Ermənistan ordusunun tam müqaviləli hərbi xidmətə keçmək üçün böyük insan resursuna ehtiyac olduğunu deməsi də vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Müqaviləli ordu yaratmaq üçün böyük miqdarda insan resursu ilə yanaşı, külli miqdarda maddi vəsait də lazımdır”.
Politoloqun fikrincə, Ermənistan ordusunun tək problemi bununla bitmir. Əsas məsələ ordunun siyasi proseslərə cəlb olunmasıdır:
"Açıq-aşkar hiss olunur ki, David Tonoyan baş nazir Nikol Paşinyanın siyasətini dəstəkləmir. Dünən Ermənistanda ordu günü münasibəti ilə keçirilən tədbir haqqında cinayət işi açılan şəxslərin dəvət olunması da bunun əyani sübutudur. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan, Ermənistan müdafiə nazirinin sabiq birinci müavini Vaqan Şirxanyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov da sözügedən tədbirdə iştirak edib. Hətta deyilənə görə, Xaçaturovu Tonoyan binanın həyətində xüsusi olaraq qarşılayıb. Hansı ki, hər üç şəxsin tədbirə dəvət olunmaması ilə bağlı Paşinyan əvvəlcədən müdafiə nazirinə tapşırıq verib. Tonoyan isə baş nazirin göstərişinə məhəl qoymayıb. Bu o deməkdir ki, Ermənistan ordusu Paşinyanın nəzarətindən çıxmaq üzrədir. Hesab edirəm ki, Azərbaycan tərəfi olaraq biz bu prosesləri yaxından izləməli və fürsəti dəyərləndirməliyik”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual