"Ermənistanın Pinaka sistemini ala biləcək pulu yoxdur" - Paşinyan höküməti erməni xalqını aldadır



Ermənistan-Hindistan arasında hərbi sahədə yeni əlaqələrin inkişaf etdirilməsi yolunda yeni addımlar atılır. Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Hovhannisyan Ermənistanın Hindistanda istehsal olunan Pinaka sistemi ilə maraqlandığını açıqlayıb.

Xəbərdə deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə Hindistan rəsmiləri bir araya gələrək, silahlarla tanış olublar. Daha əvvəl erməni KİV-də çıxan yazı Hindistan Times qəzetinə istinadən bildirib ki, Ermənistan Hindistanın anti-raket əleyhinə müdafiə sistemi olan Pinaka ilə maraqlanır. 

Pinaka- 12 mm 214 diametri olan reaktiv yaylım atəş sistemidir, 40 km mənzilli olduğu bildirilir. Bəzi mənbələrə görə, hind mühəndisləri yeni 80 kilometr uzunluğunda raket buraxma sistemi qurublar. Onun sözlərinə görə, Ermənistan hər iki raketlə maraqlanır iki hökumət arasında danışıqlar davam edir.

Analitik-icmalçı Ehtiram Aşırlı Sherg.az-a deyib ki, işğalçı ölkənin anti-raket əleyhinə müdafiə sistemi olan Pinaka ilə maraqlanmasındakı əsas səbəb ordumuzun Polonez müdafiə sisteminə sahib olmasıdır:

"Lakin işğalçı ölkənin bu cür xəbərləri yaymaqdakı məqsədi var. Bildirmək istəyirlər ki, Azərbaycan Polonez müdafiə sistemi alırsa bizdə Pinaka sistemini alacağıq. Halbuki, işğalçı ölkənin Pinaka sistemini ala biləcək pulu yoxdur. Əgər elə olsaydı Rusiyadan 100 milyon dollar məbləğində kredit almazdı". 

Politoloq qeyd edib ki, bu məlumatla sadəcə erməni xalqını sakitləşdirmək istəyirlər: "Erməni xalqını əmin etmək istəyirlər ki, baxın Azərbaycan tərəfi Polonez müdafiə sistemləri raketini alırsa bizdə Hindistan istehsalı olan Pinaka müdafiə sistemlərini almağa çalışırıq. Məqsəd yenə birdir - xalqı aldatmaq". 

Anar