Ya da Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün nəzərdə tutduğu hərbi toqquşmalara hazır olmalıdır
Ermənistanın qarşısında iki yol var
08:29 13.12.2018
Arxiv
483
Ya danışıqlar masası ətrafında konstruktiv mövqe sərgiləməlidir
Ya da Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün nəzərdə tutduğu hərbi toqquşmalara hazır olmalıdır
Ya da Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün nəzərdə tutduğu hərbi toqquşmalara hazır olmalıdır
Ermənistanda parlament seçkilərinin nəticəsi olaraq bu yaxınlara qədər nüfuzlu sayılan qüvvələrin hamısı qapı arxasında qaldı. Ekspertlərin sözlərinə görə, uzun illər hakimiyyətdə təmsil olunan həmin güclər birləşərək Paşinyan hökumətinə qarşı vahid blokda çıxış edəcəklər. Çünki Paşinyanın "qələbəsinə” baxmayaraq, Ermənistanda siyasi böhranın sonu çatmayıb. Siyasi idarəçilikdə təcrübəsiz olan Paşinyan "keçid dövrünün baş naziri” statusundan kənara çıxa, birləşdirici fiqur ola bilmir. O, yalnız dağıdıcı imicə malikdir və iqtisadiyyat barədə məlumatı yoxdur.
Yəni parlament seçkilərindəki "qələbə” Paşinyana olan rəğbətin yox, Sarkisyan və onun ətrafına olan nifrətin göstəricisi idi. Seçkilərin nəticələri Paşinyanın əl-qolunu açırsa, o biri yandan onun üzərinə konkret, tarixi məsuliyyət qoyur. Xüsusən də Rusiyaya münasibətdə xarici siyasət kursunu dəqiqləşdirmək Paşinyana asan başa gəlməyəcək. Qarabağ məsələsində də Paşinyanın heç bir planı mövcud deyil və bütün açıqlamaları savaş ritorikasına xidmət edir.
Elə bu səbəbdən rəsmi Bakı dəfələrlə xəbərdarlıq edib ki, əgər Ermənistandakı yeni hakimiyyət əvvəlki xunta rejiminin səhvlərini təkrarlayıb onun yolunu gedərsə, müharibə qaçılmaz olacaq. Paşinyan ölkəsini tənəzzüldən o zaman xilas edə bilər ki, Qarabağ problemində ortaq məxrəcə gələ bilsin. Münaqişə həll olunmadan Ermənistanın hər hansı iqtisadi dirçəlişindən, əhalinin maddi rifah halının yüksəlməsindən danışmaq mümkün olmayacaq. Yəni qarşıda Paşinyanı çox çətin dövr gözləyir.
Düşmən ölkədə cərəyan edən prosesləri "Şərq”ə şərh edən politoloq Qabil Hüseynli deyib ki, Paşinyan inqilabdan 7 ay keçməsinə baxmayaraq, verdiyi vədlərin çoxunu yerinə yetirə bilməyib. Bundan sonra Paşinyanın üzərinə böyük məsuliyyət düşür.
O, insanlara iqtisadi islahatlar aparacağı, ölkəyə böyük həcmdə investisiya cəlb edəcəyi, maddi rifah hallarını yüksəldəcəyi ilə bağlı vədlər verib. Uzun illərin praktikası göstərir ki, bölgədə lider dövlət olan Azərbaycanla münasibətləri yaxşılaşdırmadan iqtisadi layihələrə qoşulmaq mümkün deyil. Hazırda Ermənistan Azərbaycan və Türkiyənin blokadasındadır. Gürcüstan isə yarımblokada vəziyyətində münasibətlər saxlayır. Burada yeganə istisna İrandır. Amma Azərbaycan və Türkiyənin blokadaları öldürücü xarakter daşıyır”.
Politoloq əlavə edib ki, bu məsələdə Paşinyanın qarışısında iki yol var:
"Birincisi, Ermənistan danışıqlar yolu ilə dil tapmağı bacarmalı, danışıqlar masası ətrafında konstruktiv mövqe sərgiləməlidir. İkincisi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün nəzərdə tutduğu hərbi toqquşmalara hazır olmalıdır. Əlbəttə, bütün məsələlər Ermənistan üçün çətin dilemmadır. Paşinyanın və ətrafındakıların qatı millətçi olması, danışıqlar haqqında o qədər də nikbin rəy yaratmır. Seçkidən sonra indiyə qədər həyata keçirilən siyasətdə müəyyən dəyişikliklərin olması gözlənilmir. Yəni Paşinyanın baş nazirliyi dövründə danışıqlar prosesində kəskin sıçrayışların olacağını gözləmək mümkün deyil. Hazırda danışıqlar prosesinin alınmasının özü də sual altındadır. Xarici işlər nazirləri səviyyəsində tərəflərin mövqeləri ilə tanışlıq prosesi gedir.
Halbuki hər şey məlumdur. Amma Ermənistan tərəfinin təkidi ilə tərəflər problemə yanaşmanı özlərinə aid baxışlarla ortaya qoyurlar. Azərbaycanın istəkləri hamıya bəllidir. Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığını dəfələrlə sübut etməyə ehtiyac yoxdur. Bütün bunları Ermənistan anlamalı, danışıqlar prosesində necə lazımdırsa, elə də hərəkət etməlidir. Əgər bu baş verəcəksə, Paşinyana xalqına verdiyi digər vədləri də yerinə yetirmək üçün imkanlar açılacağını söyləmək mümkündür. Əksinə, yenə də qarşıdurma, siyasi manevrlər, status-kvonun qorunub saxlanılmasına cəhdlər etsə Ermənistan üçün baha başa gələcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm