"Ermənistanla Rusiyanın münasibətlərində ciddi gərginlik müşahidə olunmaqdadır"
13:39 25.12.2018
Arxiv
348
"KTMT-nın sabiq rəhbəri Yuri Xaçaturovla bağlı məsələ birmənalı şəkildə Ermənistanın ziyanına, Azərbaycanın isə xeyrinə həll olundu”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Deputat bildirib ki, Ermənistanın növbəti dəfə rəhbərlik iddiası baş tutmadı:
"Nəzərə alaq ki, KTMT-ya rəhbər seçilən Belarus təmsilçisi Stanislav Zas Bakıda təhsil alıb. Onun Azərbaycana qarşı münasibəti çox yaxşıdır. Digər tərəfdən Belarusun, şəxsən prezident Lukaşenkonun rəsmi Bakı ilə səmimi və ciddi əlaqələri var. Bütün bunların hamısı Ermənistanı qıcıqlandırır.
Ona görə də cığallıq edirlər. Əminliklə demək lazımdır ki, ermənilərin nala-mıxa vuran siyasəti fiyaskoya uğradı və İrəvan öz cəzasını aldı. KTMT MDB ölkələrinin "NATO”sudur və bu təşkilatda Ermənistan istisna olmaqla digər üzvlərin hamısı Azərbaycanın mövqeyini dəstəkləyirlər.
Rusiya ilə Azərbaycan arasında əlaqələr möhkəmləndikcə, işğalçı Ermənistanla Moskvanın münasibətlərində ciddi gərginlik müşahidə olunmaqdadır. Putinin Paşinyanı təbrik etməməsi də bunun bariz nümunəsidir”.
T.Kərimlinin sözlərinə görə, Ermənistan zaman-zaman bizi KTMT ilə hədələyirdi:
"Quruma rəhbərlik edən şəxsin erməni olması İrəvanı daha da "ürəkləndirirdi”. Mənasız da olsa, İrəvan öz cəhdlərindən əl çəkmirdi. Ancaq artıq bu vasitə düşmənin əlindən alınmış oldu. Ermənistanın yeni rəhbərliyinin addımları Moskvanın xoşuna gəlmədi. Qazaxıstan və Belarus başçıları da Paşinyanın mövqeyini qəbul etmədilər və düşmən ölkəyə yerini göstərdilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə