"Ərzaq bazarında qiymətlərlə bağlı monitorinq..." - Kəskin bahalaşma








"Ərzaq bazarlarında qiymətlərlə bağlı monitorinq aparılmasına ehtiyac var”.

Bu barədə "Sherg.az”a ərzaq qiymətlərində müşahidə olunan bahalaşmasının qarşısının alınmasından danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi dövlət qurumlarının monitorinq aparıb, qiymətlərin tənzimlənməsini həyata keçirməyə imkan verir:

"Süni qiymət artımına qarşı mübarizə mexanizmi var. Müvafiq qurumlar bu mexanizmdən istifadə edərək, süni qiymət artımını önləyə bilər. Monitorinqlər zamanı qiymətlər müqayisə edilməli, aradakı fərqə baxılmalıdır. Süni şəkildə qiymətlər artırılıbsa, fərq azalıbsa, bu halda bazar qanunları çərçivəsində müdaxilə edilməsinə ehtiyac var. Qiymətlərin süni şəkildə qaldırılması vətəndaşlar üçün əlavə xərc yaradır. Bu isə vətəndaşların sosial təminatı baxımından arzuolunan deyil.

Bütün bunları nəzərə alaraq, dövlət qurumları, Vergi və İqtisadiyyat Nazirlikləri tərəfindən monitorinqlərin həyata keçirilməsinə ehtiyac var. Qiymətlərin bazar iqtisadiyyatının prinsiplərinə toxunmadan qiymətlərin optimallaşdırılması lazımdır”.

Aysel Aslan