Estoniyada Azərbaycan günü və Novruz şənliyi keçirilib




 
Martın 16-da Estoniyanın elm mərkəzi Tartuda "Azərbaycan Milli Gecəsi” adlı tədbir
keçirilib.

Tədbirin təşəbbüsü və həyata keçirilməsində Tartunun azərbaycanlı tələbə
icması, Estoniyadakı Azərbaycan Tələbə Cəmiyyəti, Azərbaycanın Estoniyadakı səfirliyi və
Erasmus Tələbə Şəbəkəsi (Erasmus Student Network) fəal rol oynayıb.

İçərisində bir çox əcnəbinin qatıldığı 120-dən çox qonağa əvvəlcə Azərbaycanla bağlı
təqdimat nümayiş etdirilmiş, ölkəmiz və Novruz bayramı haqqında maraqlı məlumatlar
çatdırılıb.

Tədbir daha sonra şən və interaktiv oyunlarla – Azərbaycan haqqında viktorina və yumurta
döyüşdürülməsi ilə davam etdirilmiş, xarici qaliblərə Azərbaycan çayı, Azərbaycan şərabı və
Novruz xonçası hədiyyə verilib.

İştirakçılar, eyni zamanda, milli mətbəximizin plov, dolma, qutab, lavaş, paxlava kimi ləziz
təamlarına qonaq edilib. daha sonra tədbir Azərbaycan mahnılarının və rəqslərinin ifası
ilə davam edib.

Şənlik Novruz tonqalı ətrafında səmimi bayram əhval-ruhiyyəsi ilə başa çatıb.