Ətçəkən maşını apardı

Sol əli biləkdən kəsildi




Zeliha Arıkın, sol qolunu ətçəkən maşını aparıb. Sol qolu orda qalan Zeliha, ailəsi tərəfindən ştativindən qırılan maşınla birlikdə xəstəxanaya aparıldı. Əli biləkdən parçalanan və qolunda qırıq olduğu müəyyən olundu. Dərhal əməliyyata alındı və təxminən 1 saat davam edən əməliyyatla qolu maşından çıxarılan Zelihanın sol əli biləkdən kəsildi. Zeliha Arıkın sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir. Mütəxəssislər şəhərdə hər il bir neçə uşağın eyni səbəblə xəstəxanaya müraciət etdiyini ifadə edərək, ətçəkən maşınların evlərdə istifadəsinin qadağan edilməsi lazım olduğunu söylədi.