İcbari tibbi sığorta bütün vətəndaşlara aid edilməlidir. Uşaqlar üçün ödəniş müəyyən edilməyibsə, deməli, onların tibbi xidmətlərdən istifadəsini dövlət öz üzərinə götürə bilər. İnkişaf etmiş ölkələrdə hətta aztəminatlı ailələrin belə sığorta xərclərini dövlət öz üzərinə götürür. Bu müsbət təcrübədir.
Etiraz:"İcbari tibbi sığorta haqqı üçün 10 manat çoxdur"
09:12 10.09.2018
Arxiv
672
"İcbari tibbi sığorta üçün ödənilməli olan məbləğ tibbi xidmətin keyfiyyəti ilə müqayisədə yüksəkdir”.
Bunu "Sherg.az”a Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanda tibbi xidmətin keyfiyyətini nəzərə aldıqda aylıq 10 manat icbari tibbi sığorta haqqı çoxdur:
"Bizdə Avropa ölkələrindəki, Amerika və digər inkişaf etmiş ölkələrdəki kimi yüksək keyfiyyətli tibbi xidmət göstərilmir. Bu məbləğ vətəndaşların bütün tibbi ehtiyaclarını ödəməyə köməklik göstərir. İcbari Tibbi Sığortadan istifadə edən elə vətəndaşlar var, haradasa 10 ilə bu məbləği ödəyəcək, amma tibbi xidmətlərdən istifadə etməyəcək. Əlavə vəsaitləri isə proseduru həyata keçirən şirkət özünə götürəcək.
İcbari tibbi sığorta bütün vətəndaşlara aid edilməlidir. Uşaqlar üçün ödəniş müəyyən edilməyibsə, deməli, onların tibbi xidmətlərdən istifadəsini dövlət öz üzərinə götürə bilər. İnkişaf etmiş ölkələrdə hətta aztəminatlı ailələrin belə sığorta xərclərini dövlət öz üzərinə götürür. Bu müsbət təcrübədir.Özəl və ya dövlət xəstəxanası fərq etmədən vətəndaşlara icbari tibbi xidmət göstərilməlidir. Aşağı keyfiyyətli tibbi xidmət göstəriləcəksə, sığorta idarələri daha yüksək keyfiyyətli xidmətə maraqlı olacaq. Bu məsələdə narahatlıq keçirməyə dəyməz. Əsas odur ki, vətəndaşlara uyğun tibbi yardım təklif edilsin”.
Qeyd edək ki, hazırda 4 rayonda pilot layihə kimi həyata keçirilən icbari tibbi sığortanın yaxın vaxtlarda bütün ölkə üzrə tətbiqi gözlənilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) sığorta haqqının illik 120 manat (aylıq 10 manat) olmasını təklif edib. Lakin hələlik qeyd edilən məbləğ bir çoxlarının düşündüyü kimi qanuni qüvvəyə minməyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət