Ətrafımız quduz itlərlə doludur
20:34 26.05.2016
Arxiv
627
Rəsmilər etiraf edir ki, yalnız 250 min qeydiyyatda olan itlər vaksinasiya olunub
Sahibsiz itin dişlədiyi Zaqatala sakini, 47 yaşlı Pəri Qasımovada quduzluq xəstəliyinin aşkarlanması cəmiyyətdə xof yaradıb. Baş vermiş hadisə bir daha paytaxtda və ətraf rayonlarda sürüylə dolaşan sahibsiz itlər problemini gündəmə gətirib. Ölkənin hər yerində sahibsiz itlərin sayı yüzlərlədir. Günün istənilən vaxtında küçədə dolaşan bu itlərin zərər yetirməyəcəyinə kimsə zəmanət verə bilməz.
İndiyədək də həmin itlərin dişlədiyi şəxslərin sayı az olmayıb. Mütəmadi olaraq Bakı və ətraf qəsəbələrin sakinləri istər müvafiq dövlət qurumlarına birbaşa, istərsə də media vasitəsi ilə şikayət edərək narazılıqlarını bildirirlər. Sahibsiz küçə itlərindən şikayəti olan insanlar bu itlərin onların həyatı üçün təhlükə mənbəyinə çevrildiyini bildirirlər. Haqsız da sayılmazlar. Çünki hər addım başında küçə itləri ilə rastlaşan paytaxt sakinləri avtomatik olaraq quduz it dişləməsi təhlükəsi ilə qarşılaşmış olurlar.
Sahibsiz itlər səhərə yaxın və gecə saatlarında daha çox küçələrdə olduğu üçün valideynlər uşaqlarını tək məktəbə getməyə və ya küçədə oynamağa qoymurlar.
Küçə itlərinin öldürülməsinə icazə verilmədiyindən narazı olan sakinlər də aidiyyəti qurumlar tərəfindən itlərin toplanıb aparılmasını vacib hesab edirlər. "Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə də bu sahədə ciddi işlərin görülməsinə ehtiyac olduğunu bildirib: "İlk öncə cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır. İnsanlar bioloji müxtəlifliyin qorunmasına maraq göstərməlidir. "Sahibsiz heyvanlar” termini bioloji müxtəlifliyin qorunması ilə əvəz olunmalıdır. Bu işi görmək isə təkcə ictimai qurumların üzərinə düşməməlidir. Bu istiqamətdə addımları həm də dövlət atmalıdır. Bu gün məhdud imkanlarla fəaliyyət göstərən ictimai qurumların keçirmək istədiyi tədbirlər, aparmaq istədiyi maarifləndirmə işlərinə maneələr törədilir. Amma bu məsələdə ilk addımı dövlət qurumları atsa və ictimai təşkilatlara fəaliyyətlərində çətinliklər yaratmasa, problem daha tez həllini tapar.
Maddi çatışmazlıq səbəbindən yalnız qeydiyyatda olan itlərin vaksinasiya olunduğunu deyən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, cəmisi 250 min qeydiyyatda olan itdə vaksinasiya aparılıb. Sahibi olmayan və vəhşi itlərdə bu tədbirin həyata keçirilmədiyini təəssüflə vurğulayan Xidmət rəhbəri bunu da vaksinin olmaması səbəbi ilə əlaqələndirib: "Əgər vaksin üçün hər hansı sponsor tapılarsa və bu vaksin gətirilərsə, vaksinasiya da həyata keçiriləcək”.
Ötən il ilkin layihə olaraq Zaqatala, Qax, Şəki, Balakən rayonlarında meşəlik ərazilərdə, Bakı və Abşeron ərazisində sahibsiz heyvanların məskunlaşdığı ərazilərdə aldadıcı yemlərin daxilində onların zərərsizləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini deyən Xanvəlinin sözlərinə görə, peyvəndləmə baha başa gələn tədbirdir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə