ETSN-nin şirkətində qanun pozuntuları aşkar olunub
12:43 09.09.2021
Arxiv
479
Hesablama Palatası 2018-2020-ci illərdə dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-yə ayrılmış vəsaitlərin auditini aparıb.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Yoxlama nəticəsində məlum olub ki, səhmdar cəmiyyətinin maliyyə fəaliyyəti (funksional fəaliyyət üzrə əvəzsiz əsaslarla dövlət büdcəsindən alınan vəsaitlərin xərclənməsi) prosesində dövlət sifarişləri rəsmiləşdirilmədən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişləri olmadan və yaxud onların icazəsi alınmadan yaşıllıqların salınması və yaşıllıqlara xidmət göstərilməsi hallarına yol verilib, sərəncamında olan dövlət əmlakından səmərəli istifadə olunmaması hallarına da rast gəlinib.
İstirahət zonalarında landşaftın rekreasiya tutumunun müəyyən olunmasında iştirak edilməsi Nizamnamədə fəaliyyət istiqaməti kimi müəyyənləşdirilsə də, auditlə əhatə olunan dövrdə cəmiyyətin bu istiqamətdə fəaliyyəti olmayıb.
ASC-nin tabeliyində dövlət qeydiyyatı ayrıca olmaqla fəaliyyət göstərən 13 hüquqi şəxsin (aktivləri nəqliyyat vasitələrindən ibarət olmaqla ləğvetmə prosesində olan İxtisaslaşmış kompleks mexanizasiya idarəsi istisna olmaqla) aktiv və passivləri 2020-ci ildən etibarən ayrı-ayrılıqda deyil, ASC-nin maliyyə hesabatlarında nəzərə alınıb, həmin hüquqi şəxslərin ləğvi çərçivəsində vergi orqanlarının səlahiyyətlərinə aid edilən vergi ödəyicisi kimi eyniləşdirmə nömrələrinin ləğv olunması prosesi isə auditin keçrildiyi dövrün sonunadək tam başa çatdırılmayıb.
ASC dövlət büdcəsinin vəsaitlərinə olan tələbatın müəyyənləşdirilməsi zamanı Nazirlər Kabinetinin 24.05.2004-cü il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 2-ci (2.2-ci) bəndinin tələblərinə tam riayət etməyiş, hesablamalar keçən ilin faktiki və cari ilin gözlənilən xərclərinin həcminə əsaslanmamış və xərclərin (yəni, ASC-nin büdcə gəlirlərinin) artırılması üçün hüquqi əsaslar mövcud olmadan təklif olunmuş proqnoz göstəricilər (layihələr) təsdiq edilmiş tələbatdan artıq müəyyən edilib. ASC təklif olunmuş tələbatın məbləği ilkin və dürüstləşdirilmiş təyinatların məbləğlərini müxtəlif məzmunlu xərclər üzrə ümumilikdə, müvafiq olaraq 2018-ci ildə 2,2 dəfə (9 691 934 manat) və 94,2% (8 698 840 manat), 2019-cu ildə 40,8% (2 885 545 manat) və 35,1% (2 585 545 manat), 2020-ci ildə isə 15,4% (1 195 786 manat) və 20% (1 495 786 manat) səviyyəsində üstələyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət