Evdə körpəsi ilə vaxt keçirən ananın birdən bağırsaqları çölə tökülüb

28 yaşlı Sam Bell, planlaşdırdığı kimi qızı Chloeni keysəriyyə əməliyyatı ilə dünyaya gətirib.
Əməliyyatdan sonra evdə qızıyla vaxt keçirən Sam, 5 gün sonra tikişlərin sökülməsi üçün həkimini gözləyərkən kabus yaşayıb. Ayağa qalxan zaman qarınındakı tikişləri partlayan Samın bağırsaqları bir anda çölə tökülüb. Bağırsaqları dağılmaması üçün öz əliylə tutmaq məcburiyyətində qalan ana təcili  xəstəxanaya çatdırılıb. Onun qarınına 20 tikiş vurulub və vəziyyətinin yaxşı olduğu bildirilir. Xəstəxana vəziyyətə görə ailədən üzr istəyib, lakin zədənin təsirlərini hələ tam olaraq sovuşdura bilməyən Sam, "Aşağı baxan zaman bağırsaqlarımın sallandığını gördüm. Dərhal həyat yoldaşımı səslədim və bir daha bağırsaqlarıma baxmağa cəsarət etmədim, təcili yardımın gəlməsini gözlədim” deyə danışır. Evdə yataq vəziyyətində 40 dəqiqə təcili yardım gözləyən qadın sonunda sağlamlığına qovuşub.