Evində meyit tapılan icra başçısı danışdı - YENİLƏNİB






Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bu gün ona məxsus olan evdə baş vermiş ölüm hadisəsindən danışıb.
C.Cəfərov Lent.az-a açıqlamasında deyib ki, həyətində bağban işləyən Əlismayıl Sadıqov infarkt nəticəsində ölüb: "Hadisə baş verərkən işdə olmuşam, zəng edib xəbər verdilər. Dərhal təcili yardım briqadası gəlib və məlum olub ki, infarkt nəticəsində vəfat edib. Allah rəhmət eləsin”.
**
13:24
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun evində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında icra başçısının Kürdəmir şəhərində yerləşən evinin həyətində 60-65 yaşlı kişinin meyiti tapılıb. Məlum olub ki, ölən şəxs həmin həyətdə bağban işləyən Əlismayıl Sadıqovdur.
Ə.Sadıqovun ürək tutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.