
“Exchange”lərin fəaliyyəti bərpa oluna bilər
20:39 18.05.2016
Arxiv
1199
Natiq Cəfərli: “Bu həm də ona görə yaxşı olardı ki, yeni iş yerləri yaranmış olardı”

Son vaxtlar ilin əvvəlində fəaliyyəti dayandırılan valyutadəyişmə məntəqələrinin yenidən işə başlayacağı ilə bağlı məlumatlar gündəmə gəlib. Düzdür, hələlik valyutadəyişmə məntəqələrinin fəaliyyəti ilə bağlı rəsmi qərar verilməyib. Lakin artıq şəhərin müxtəlif istiqamətlərində bağlanan "exchange”lər artıq bir müddətdir ki, fəaliyyətə başladığını görmək olur. İddialara görə, belə məntəqələrin bəziləri isə şəhərdəki mağazaların içində fəaliyyət göstərir.
Qeyd edək ki, valyutadəyişmə məntəqələrinin lisenziyası Mərkəzi Bank tərəfindən 2016-cı il, yanvarın 13-də ləğv edilib. Səbəb olaraq isə "exchange”lərin süni bahalaşmaya səbəb olması göstərilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının Sədrinin müşaviri Rüfət Abbasov valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə yayılan xəbərlərin əsassız olduğunu deyib: "Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir. Maliyyə Bazarlarına Nəzarət Palatası bu qərara heç bir dəyişiklik etməyib və valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır”.
Valyutadəyişmə məntəqələrinin valyutaya tələbi azaltmaq məqsədilə qapadıldığını vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, manatın devalvasiyasından sonra valyutadəyişmə məntəqələrində çox ciddi ajiotaj yaşanırdı: "Mərkəzi Bank da çox güman ki, hökumətlə məsləhətləşərək məzənnənin kəskin oynamasının qarşısını almaq üçün valyutadəyişmə məntəqələrinin bağlanması haqqında qərar qəbul etdi. Hansı ki, bu yanaşmanın özü birmənalı şəkildə səhv və sonacan düşünülməmiş bir addım idi. Onsuz da valyutadəyişmə məntəqələrinin hər biri ayrı-ayrı bankların şöbələri kimi fəaliyyət göstərirdi. Amma Mərkəzi Bank "exchange”ləri bağlayıb, bankların filiallarında valyutadəyişilməsinə imkan verdilər. Bu isə anlaşılmaz bir qərar idi”.
Ekspert hesab edir ki, əgər Azərbaycan turizm sahəsində gəlirlərini artırmaq, gələcəkdə ölkəyə daha çox turist cəlb etmək istəyirsə, bu çatışmazlığı aradan qaldırmalıdır. Çünki turistlər üçün səfər etdikləri yerlərdə "exchange”lər əlçatan olması da vacib amillərdən biridir: "Nəzərə almalıyıq ki, "Formula-1” yarışlarına çox az vaxt qalıb. Kifayət qədər popular olan bu yarışlarda Azərbaycana gələn insanların sayının artması gözləniləndir. Bütün bunlar fonunda müəyyən yerlərdə valyutadəyişmə məntəqələrinin yenidən açılmasına icazə veriləcəyini ehtimal etmək olar. Bu həm də ona görə yaxşı olardı ki, yeni iş yerləri yaranmış olardı. Çünki vaxtı ilə valyutadəyişmə məntəqələri bağlananda 3-4 min arası insan işsiz qalmışdı”.
N.Cəfərlinin sözlərinə görə, valyutadəyişmə məntəqələri yenidən açılacağı halda məzənnənin kəskin oynaması hallarına ciddi nəzarət olunacaq: "Mərkəzi bank bu gün də icazə verir ki, rəsmi məzənnədən 4 faiz aşağı və yaxud yuxarı valyuta əməliyyatları həyata keçirilsin. Əvvəlki kimi kəskin fərqlər olmasa da ayrı- ayrı banklarda valyutanın məzənnəsinin müxtəlif qiymətə olduğunu bu gün də görə bilirik. Valyutadəyişmə məntəqələri də yenidən açılacağı halda həmin çərçivədə fəaliyyət göstərməli olacaqlar. Rəsmi məzənnədən 4 faiz aşağı və yuxarı qiymətə dollar satmaq və ya almaq imkanları olacaq. Daha artıq qiymətə valyuta əməliyyatları həyata keçirməyə heç bir halda icazə yoxdur.
Əgər ölkədə rəqabət mühiti olsa və valyutadəyişmə məntəqələrinin sayları artsa mövcud məzənnənin insanlar üçün nə dərəcədə sərfəli olduğunu görə bilərik. İndinin özündə də bir çox banklar rəsmi məzənnədən xeyli aşağı qiymətə valyuta alışı həyata keçirir. Satış isə xeyli yuxarıdır. 4 faizin ən dib koridorunu götürüb, alırlar. Ən yuxarı koridorunda isə satırlar. Bunun özü də vətəndaşlar üçün xeyli çətinliklər yaradır. Dediyim kimi valyuta dəyişmə məntəqələrinin fəaliyyətinə yenidən icazə verib, onaların sayının artmasına imkan versələr rəqabət artacaq və beləliklə də ölkədə valyutaları normal məzənnə ilə alıb- satmaq üçün bir şərait yaranacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq