Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı




Neftçala rayonunun Aşağı Surra kəndində kanalda batmış gəncin axtarışı yekunlaşıb. 

"Sherg.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü adaşov Cavanşir Cümşüd oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.