Filippin ABŞ-ın F-16-larından imtina etdi: "Faydasızdır"
16:26 25.08.2018
Arxiv
586
Filippin Prezidenti Rodriqo Duterte ABŞ-dan F-16 qırıcı təyyarələrini almaqdan imtina edərək, onları tamamilə faydasız adlandırıb. Sherg.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə R.Duterte Davo şəhərində hərbçilər qarşısında çıxışı zamanı bildirib.
"Bizə F-16-lar lazım deyil. Lakin onlar bizi təhqir etmələrinə baxmayaraq, bu məsələni bir daha qaldırırlar” – Duterde söyləyib.
Dövlət başçısının bu cür reaksiyasına ABŞ-ın Müdafiə naziri Ceyms Mettisin, Dövlət katibi Mayk Pompeonun və Ticarət naziri Uilbir Rossun imzaladıqları birgə məktub səbəb olub. R.Dutertenin sözlərinə görə, Vaşinqtonun bu addımı Filippin hökumətinə qarşı çoxsaylı çıxışlardan sonra "barışıq” cəhdi təsiri bağışlayır.
Filippin Prezidenti qeyd edib ki, F-16-ların əvəzinə Filippinə qiyamçılarla mübarizə aparmaq üçün yüngül, porşenli təyyarələr lazımdır. O, həmçinin ABŞ-ı ölkənin silahlı qüvvələrinin müasirləşməsinə maneə yaratmaqda günahlandırıb.
Bununla yanaşı, R.Duterte vurğulayıb ki, Vaşinqton ilə Manilanı dost adlandırmaq çətindir:
"Biz dostuq, lakin unutmaq lazım deyil ki, bu, illər əvvəl bizim müstəmləkə olmağımızla bağlıdır. Biz belə dostluğa razılıq verməmişik”.
Xatırladaq ki, ötən ilin mayında R.Duterte ordu ilə yaraqlılar arasında baş verən silahlı toqquşmadan sonra cənubda yerləşən Mindanao əyalətində fövqəladə vəziyyət elan edib. Döyüşlər əsasən Maravi şəhərində gedib. Həmin döyüşlər zamanı 160 hərbçi həlak olub, 1700 nəfər yaralanıb və 800 yaraqlının məhv edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq