Fıstıq yeyən sevgilisini öpdü, öldü!

EYNİ AĞRINI KİMSƏ YAŞAMASIN DEYƏ...
Ağır fıstıq allergiyası olan Kanadalı gənc qadın, az əvvəl mətbəxdə fıstıq  yediyini bilmədiyi sevgilisiylə öpüşdükdən sonra şoka girib can verdi! Mütəxəssislər, qidalardakı alerjenlerin, yeyən adamın tüpürcəyində 4 saata qədər qaldığını bildirir. 
Kanadada 2012-ci ildə yaşanan, ancaq gənc qızın anasının, allergik insanları bilgiləndirmək arzusuyla ilk dəfə izah etdiyi hadisə belə inkişaf edib:
20 yaşlı Myriam Ducre-Lemay,  bir müddət əvvəl tanış olduğu sevgilisi ilə bir partidə əyləndikdən sonra, gecəni keçirmək üçün onun evinə getdi. Myriamın ciddi fıstıq allergiyası olduğunu bilməyən gənc adam, gecə qalxıb fıstıq əzməli buterbrod yedi və təkrar yatdı. Myriamın da, sevgilisinin fıstıq əzməsi yediyindən xəbəri yox idi.
Sevgililər bunun ardından öpüşməyə başlayınca gənc qadın bir anda şoka girdi. Sevgilisi həyəcanını sovuşdurub təcili yardım çağırdısa da Myriam Ducre-Lemay, çatdırıldığı xəstəxanada gəyatını itirdi.
ALLERGİK ŞOK İYNƏSİ YANINDA YOX İDİ
Myriam, allergik şok ehtimalına qarşı yanında saxlaması lazım olan adrenalin iynəsini (epipen) o gecə götürməmişdi.
EYNİ AĞRINI KİMSƏ YAŞAMASIN DEYƏ...
Gənc qadının anası Micheline Ducre, "Journal Da Quebec" qəzetinə içini tökdü və hadisəni ilk dəfə ictimaiyyətlə paylaşdı. Yaşadığı böyük ağrını başqa kimsənin yaşamaması üçün, allergik kəsləri bilgilindirməyi qarşısına məqsəd qoyan ana, "Qızım bir neçə gün əvvəl aşiq olduğunu söyləmişdi mənə. Gözlərini heç bu qədər ışıl- ışıl parladığını görməmişdim. Qızımın o gecə şoka girdikdən sonra fıstıq allergiyası olduğunu ifadəyə etməyə fürsəti belə olmamış. Allergiyası olan hər kəs iynəsini mütləq yanında gəzdirməlidir" dedi.
4 SAATA QƏDƏR TÜPÜRCƏKDƏ QALA BİLİR
Mütəxəssislər, qidalardakı alerjen maddələrin, istehlak edildikdən 4 saat sonra belə insanın tüprüyündə qala biləcəyini söyləyir.
Həkimlər, allergik insanlara, "Ətrafınızdakı insanlara qida allergiyanız olduğunu və yanınızda allergik şok iynəsi saxladığınızı söyləyib, 'Lazım olduğunda mənə kömək edin' dəyin" şəklində tövsiyə edir.