Fransa polisinin əlil arabasında gəzən “sarı jiletli”yə qarşı qəddar davranışı... - Dünya bu videodan danışır





Fransanın Tuluz şəhərinin mərkəzində martın 2-də baş tutan aksiyadan sonra əlil arabasında olan "sarı jilet”liyə qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

"Sherg.az” www.nouvelobs.coma (yeni müşahidə )a istinadən xəbər verir ki, həmin hadisə sosial şəbəkələrdə yayaıldıqdan sonra Fransa polisinin bu davranışı dünya ölkələrində ciddi qınaq predimetinə çevrilib. Məhz dünyəvi qınaqlardan sonra bu ölkə prokurorluğu araşdırmalara başlayıb.


Fransanın ən qabaqcıl agentliyi olan "Agence France-Presse”ə danışan zərərçəkmiş 55 yaşlı Paskal Bure qeyd edib ki, 2014-cü ildən bu yana respirator xəstəlikdən əziyyət çəkir:

"Xəstə halıma şənbə günü aksiyaya qatıldım. Nümayiş başa çatdıqdan sonra oranı tərk etmək istəyirdim. Ancaq polis təhlüksizlik divarları ilə polis məni qabağımı kəsib, imkan vermirdi ki, oranı tərk edim. Sonra bir polis nəfəri gözyaşardıcı qazadan qorunmaq üçün taxdığım xizək gözlüyümü əlimdən aldı.

Mən ondan eynəyimi istədim, qaytardmadı. İnad etdim. Eynəyimi almaq üçün ona yaxınlaşdanda mənə qarşı gözyaşardıcı qazdan istifadə etdi. Şikayətlərimi davam etdirəcəm. Onu da deyim ki, sosial şəbəkələrdə və dünya mətbuatında bu hadisə ilə bağlı video yayıldı. Bütün dünya Fransa polsinin zorakılığından və amansız davranışından danışırdı. Respirator xətəlikdən əziyyət çəkən və əlil arabasında gəzən birinə qarşı Fransa polisinin bu qədər qəddar münasibəti pisləndi”.

Aşağıdakı linkə daxil olub videonu izləyə bilərsiniz


Tərcümə etdi: Ayyət Əhməd