Fransalı ekspert: “Bako Saakyanın Fransaya səfəri heç bir əhəmiyyət daşımır"
08:51 18.11.2018
Arxiv
714
"Fransa Ermənistan tərəfindən işğal olunmuş 20 faiz torpaqlar da daxil olmaqla, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələrini dəstəkləyir və bu münaqişənin sülh yolu ilə həllinə çalışır".
Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanüel Düpüy (Emmanuel Dupuy) bildirib.
"Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri heç bir əhəmiyyət daşımır. Bu qondarma respublikanın nümayəndə heyəti hər 6 aydan bir Fransadadır. Bu, Fransanın 1992-ci ildən ATƏT-in Minsk qrupunun həmsədri kimi böyük əhəmiyyətə malik tərəfdaş olduğunu sübut edir. Lakin səfərlərə xüsusi əhəmiyyət verməyin mənası yoxdur, çünki onlar Fransanın bu məsələdə mövqeyini dəyişə bilməzlər. Fransa hökuməti Xarici İşlər Nazirliyi vasitəsilə dəfələrlə bu məsələdə öz mövqeyini birmənalı şəkildə bildirib. Fransa Ermənistan tərəfindən işğal olunmuş 20 faiz torpaqlar da daxil olmaqla, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələrini dəstəkləyir və bu münaqişənin sülh yolu ilə həllinə çalışır", - deyə o bildirib.
Ekspert bu səfərlərin Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə də təsir edəcəyini düşünmür: "Lakin Fransa bu qondarma respublikanın nümayəndələrinin Parisə gəlmələrinə heç nə deyə bilmir. Çünki səfərlər Fransanın dəvəti ilə baş tutmayıb və bu səfərlər zamanı heç bir Fransa dövlətinin rəsmisi ilə görüşlər keçirilməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət