Fransalı siyasətçi: "Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir"
09:57 24.08.2018
Arxiv
703
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə edilən vasitələr beynəlxalq münasibətlərin bugünkü aktual durumuna cavab vermir".
Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti, Avropada təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə mütəxəssis Emmanüel Düpüy (Emmanuel Dupuy) bildirib.
O vurğulayıb ki, münaqişənin 30 ilə yaxındır həllini tapmaması təəssüf doğurur: "Təbii ki, bunun da səbəblərini araşdırarkən yalnız Azərbaycan və Ermənistan münasibtləri faktorunu əsas götürmək lazım deyil. 1988-ci ildən bu yana Qarabağ münaqişəsinin nizamlanmasında öz sözünü demək istəyən periferik ölkələrlə münasibətlər ətraflı təhlil olunmalıdır. Bu problem "donmuş münaqişələr kateqoriyasına aiddir və ən başlıca problem də onun həllində istifadə edilən vasitələrin 30 ildən sonra beynəlxalq münasibətlərin bugünkü aktual vəziyyətinə cavab verməməsidir".
Mütəxəssis deyib ki, ABŞ və Rusiya Cənubi Qafqaz, Ukrayna, Cənubi Avropa ölkələri, Kosova və digər ölkələrdəki münaqişə ocaqlarından istifadə edirlər: "Hər iki dövlət sanki bir-birini imtahana çəkərək qırmızı xətti keçməmək prinsipini tətbiq edirlər. Ona görə də hesab edirəm ki, Qarabağ münaqişəsinin nizamlanmasında uzun illərdir dünya hegemonluğu uğrunda mübarizə aparan ABŞ və Rusiyanın iştirakı məsələsinə yenidən baxılmalıdır. Münaqişənin həllinə digər ölkələrin cəlb edilməsi vasitəçi dövlətlər arasında balans yarada və beləliklə, nizamlanma prosesi müsbət nəticələnə bilər".
E.Düpüy qeyd edib ki, Fransanın və ABŞ-ın həmsədrləri olduğu ATƏT-in Minsk qrupunun fəaliyyəti strateji reallığa cavab vermir: "Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir. Artıq beynəlxalq əhəmiyyətli məsələlər Qərbin sərhədlərini aşmalıdır. Məsələn, Rusiya, Türkiyə, İranı götürsək və Çini də əlavə etsək, Avroasiya məkanı yaratmış olarıq. Bura da dünyadakı iqtisadi inkişafın 50 faizi, dünya ÜDM-nin 25 faizi, dünya əhalisinin 45 faizi daxildir. Hətta dünyadakı 1,3 milyard müsəlmanın heç bir təmsilçisi yoxdur".
Fransalı ekspert vurğulayıb ki, artıq dünya hegemonluğu uğrunda mübarizə daha ABŞ və Rusiya arasında getmir: "Bu gün inkişaf etməkdə olan ölkələr üçüncü bir yol açmaqdadırlar. Ona görə də Azərbaycan ABŞ-ın mütləq sədaqətinə arxalana bilməz. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ölkələrin coğrafi ərazisi genişləndirilərsə, məsələnin tezliklə nizamlanmasına nail olmaq mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə