Gecə klubunun təhlükəsizlik işçisi hücumu belə izah etdi

İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina” gecə klubuna silahlı hücum  təşkil edilən gecə klubun təhlükəsizlik işçisi Emrah Altın dəhşət dolu anları izah edib.
Emrah Altın, jurnalistlərə hücum zamanı içəridə olduğunu söyləyib:
 "Mən içəridəydim, Santa klaus paltarı görmədim. Eşitdiyim səsə görə  əlində pulemyot vardı ".  Təcavüzkarın kluba  girməsi zamanı  nə etdiyi soruşulan Altın, "Qaçdıq nə edək, qaçdıq. Bu anda bir az şokdayıq, daha sonra yoldaşlar detallı izah edər" deyə cavab verib. Altın bir mətbuat mənsubunun, pencəyinin arxadan boydan - boya cırılmasını sualına, "müştərilərin hücum zamanı qaçışması anında  cırılmış ola biləcəyini" söyləyib.