“Şərqdə nüvə silahına malik olan Pakistan Azərbaycanı özünə qardaş ölkə bilir. Bundan da yararlanmaq lazımdır”
Gecikmək olmaz
21:15 05.12.2017
Arxiv
475
Azərbaycanla Türkiyə arasında hərbi saziş imzalanmalıdır
“Şərqdə nüvə silahına malik olan Pakistan Azərbaycanı özünə qardaş ölkə bilir. Bundan da yararlanmaq lazımdır”
“Şərqdə nüvə silahına malik olan Pakistan Azərbaycanı özünə qardaş ölkə bilir. Bundan da yararlanmaq lazımdır”
Dünən Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb. Hər iki tərəfdən yüksək rütbəli hərbiçilərin qatıldığı iclasda ikitərəfli münasibətlərin cari vəziyyəti nəzərdən keçirilib, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə olunub.
Ümumiyyətlə, son iki həftə ərzində qardaş Türkiyəni təmsil edən generalların ölkəmizə ardıcıl səfərləri baş tutub. Görüşlər zamanı Azərbaycanla birgə hərbi əməkdaşlıq ön plana çıxarılıb. Türkiyə ilə yanaşı, Pakistan rəsmiləri ilə də hərbi əlaqələrin inkişafına dair mühüm tədbirlər həyata keçirilib. Hərbi-siyasi istiqamətlərdə əlaqələrin güclənməsi yönündə sazişlər imzalanıb. Şübhəsiz ki, bu əlaqələrin güclənməsi hər üç ölkə, xüsusən də Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan tərəfi Pakistanın hərbi təyyarələri ilə maraqlanır. Pakistan isə Azərbaycanın istehsal etdiyi "İstiqlal” snayper silahını almaq istəyir. Beləliklə, üç dövlət hərbi əməkdaşlığı inkişaf etdirir. Prosesləri şərh edən bəzi ekspertlərə görə, hərbi gücünü artıran Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışıqlarının müsbət nəticəsinə ümid etmir. Ona görə də hərbi potensialını daha da gücləndirərək düşməni ya masa arxasına dönməyə məcbur etmək, ya da hərbi yolla zərərsizləşdirmək istəyir.
Məsələni "Şərq”ə dəyərləndirən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyib ki, Azərbaycanın yerləşdiyi region çox həssas bölgədir. Onun sözlərinə görə, güclü ordusu olmayan bir dövlət bu regionda ayaqda dura bilməz:
"Əgər güclü ordun yoxdursa, mütləq mənada kiməsə sığınmalı, hansısa güc mərkəzinin vassalı olmalısan. Ermənistan məhz bu cür zəif ölkələrdəndir. Azərbaycan hələlik heç bir dünya təhlükəsizlik bloklarına bağlı deyil. Bilirsiz ki, dünyada iki əsas təhlükəsizlik sistemi var. Biri NATO, digəri isə Avrasiya İttifaqıdır. Doğrudur, bunları müqayisə etmək doğru deyil. Çünki NATO daha güclüdür, ancaq hər bir halda Azərbaycan balans siyasətini yürüdərək heç bir hərbi bloka üstünlük vermədiyini göstərir. Lakin bəzi məqamlarda hansısa təhlükəsizlik sisteminə ehtiyac duyulur. Bu da ancaq və ancaq iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıqla tənzimlənə bilər. Türkiyə regionun ən güclü ordusuna sahibdir”.
Analitik bildirib ki, Azərbaycanın Türkiyə ilə hərbi yöndə yaxınlaşması çox vacibdir:
"Məsələlər sadəcə müzakirə müstəvisində qalmamalıdır. Konkret olaraq iki dövlət arasında hərbi saziş imzalanmalıdır. Ermənistanla Rusiya arasında necə müttəfiqlik sazişi varsa, biz də ona bənzər addım atmalıyıq. Düzdür, qardaş Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi var. Ancaq bu, yetərli deyil. Hərbi sazişin imzalanması üçün heç bir əngəl yoxdur. NATO üzvü olan Türkiyənin alyansın sıralarında olmayan digər ölkələrdə hərbi baza yaratmaq təcrübəsi var. Həm Qətərdə, həm də bir sıra Avropa ölkələrində Türkiyənin qoşun hissələri yerləşdirilib. Belə olan təqdirdə niyə Azərbaycanla Türkiyə arasında hərbi saziş olmamalıdır? Məncə, bu məsələdə qətiyyən gecikmək olmaz”.
N.Miri vurğulayıb ki, Şərqdə nüvə silahına malik olan Pakistan Azərbaycanı özünə qardaş ölkə bilir. Bundan da yararlanmaq lazımdır:
"Son günlər Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq istiqamətində bir sıra addımlar atılıb. Bütün bunların hamısı göstərir ki, Azərbaycan özünün konkret təhlükəsizlik sistemini formalaşdırmağa başlayıb. Bu, çox müsbət haldır və ölkəmizin təhlükəsizliyinə xidmət edən amildir. Digər tərəfdən Dağlıq Qarabağ probleminin həlli yönündə düşmən Ermənistana və onun havadarlarına ciddi mesajdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə