Gəlinlik paltarının sınağı zamanı xərçəng olduğunu öyrəndi

İstanbulda ibtidai sinif müəllimi Türkan Kendirci ilə Ankarada ticarətlə məşğul olan Tüncay Kaya, ortaq yoldaş qrupunda tanış olub və bir-birlərini görər - görməz aşiq olublar. 2 ay sonra, 30 apreldə nişan üzüklərini taxan cütlük toy tarixlərini də 27 avqusta təyin ediblər. Ancaq bu xoşbəxtliyə toya 10 gün qalmış, gəlinliyinin son sınağında  kölgə düşüb. Kendirci, gəlinlik paltarının sınağı zamanı sinə qisiminin dar olduğunu fərq edib. Ölçülərinin təkrar alınması üçün gəlinliyini çıxaran gənc qız güzgüdə sağ sinəsindəki böyüməni fərq edib. Yenə də əhvalını pozmayaraq gəlinliyinin sinə hissəsinin genişləndilərək toyuna yetişdirilməsini istəyib.
Ailəsi və nişanlısının israrlarıyla həkimə gedən Kendirci, döş xərçənginin ikinci mərhələsində olduğunu öyrənib. Həkimin təklifiylə gənc qızın dərhal müalicəsinə başlanıb, toy isə təxirə salınıb.
Ailəsində bir çox xərçəng xəstəsinin olduğunu ifadə edən Kendirci, "Zaman - zaman müainələr etdirdim, amma bir şey fərq etmədim. Xərçəngi özümə yaraşdırmırdım, hələ çox gəncəm" deyə bildirib. Xərçəng xəbərini alan kimi nişanlısı Tüncay Kayaya istəsə evlilikdən imtina edə biləcəyini də söylədiyini ifadə edən Kendirci, "Ancaq Tüncay, əllərimi möhkəm-möhkəm tutub ayrılığımızın səbəbinin əsla bir xəstəlik ola bilməyəcəyini söylədi. Müalicə müddətində yanımda ola bilmək üçün Ankaradan İstanbula köçdü" deyir.
Kaya isə, "Eşqimizlə bu xəstəliyi məğlub edib, xoşbəxt yuvamızı quracağıq" deyir.