Gəncədə 10-a yaxın evi su basdı

Deputat Musa Quliyev artıq vəziyyətin problem yaratmadığını bildirib



Gəncədə günlərlə yağan leysan yağışlar nəticəsində Gəncə çayında suyun səviyyəsi qalxıb və dünən gecə saatlarında çayın sol sahilində yerləşən 10-a yaxın evi su basıb.

Məlumata görə, güclü sel suları çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinin həyətlərinə dolub. Evlərin bəziləri qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən sakinlər evlərini tərk ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırda suyun istiqaməti dəyişdirilib və yaşayış evlərinin həyətlərinə dolan su xüsusi qurğularla təmizlənir.

Hadisə ilə maraqlandığını deyən deputat Musa Quliyev "Şərq”ə bildirib ki, rayon icra hakimiyyətilə əlaqə saxlayır: "Ciddi problem yoxdu. Çay 10 evə ziyan vurub. Sonra çayın axını dəyişdirilib. İndi orda lazımi tədbirlər görülür. Narahatlıq yoxdur”.

Ayyət