Gəncədə qardaş bacısını döyüb xəstəxanalıq etdi





Gəncədə iki döyülmə faktı qeydə alınıb. APA-nın Qərb bürosunun verdiyi xəbərə görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Nəsibova Qəmər Əhməd qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun qardaşı tərəfindən döyüldüyü bildirilir.
Digər Gəncə sakini, 1994-cü il təvəllüdlü Ələsgərov Elmir Ənvər oğlu isə tanımadığı şəxs tərəfindən döyülüb. Hər iki şəxsə tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.