Gənclərin tərbiyəsini pozan "Meyxanaçılar" və "Bu şəhərdə"dir - Təhsil eksperti




Təhsil eksperti Etibar Əliyev valideynlərə xəbərdarlıq edib. O, iki böyük təhlükə ilə bağlı hamını ayıq olmağa çağırıb. "Sherg.az” xəbər verir ki, E. Əliyev özünün feysbuk səhifəsində bunları qeyd edib:

- Mən pedaqogika və psixologiya elmlərinə orta səviyyədə bələd olan bir şəxs kimi belə düşünürəm: bu gün gənclərin tərbiyəsini pozan, onların davranışına mənfi təsir göstərən iki kabusun adını çəkmək istəyirəm: "Meyxanaçılar" və "Bu şəhərdə"nin bayağı konsertləri. Valideynlərə hələlik bu iki potensial təhlükədən övladlarını qorumağı tövsiyyə edirəm.