"Geniş əfv və amnistiya prosesi həyata keçiriləcək" - AÇIQLAMA






"Əfv fərmanının imzalanması gözlənilir”.

Bu barədə "Sherg.az”a İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı məlumat verib.

Onun sözlərinə görə, budəfəki əfv prosesi daha çox məhbusu əhatə edəcək:

"Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar amnistiya verilməsi də gözlənilir. Bununla bağlı artıq təkliflər hazırlayıb, təqdim etmişik. Ümid edirik ki, may ayına qədər geniş əfv və amnistiya prosesi həyata keçiriləcək”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. İclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.

Aysel Aslan