Girovun bacısından ürəkağrıdan müraciət:"Şahbazın ailəsi acınacaqlı durumdadır, həyat yoldaşı 4 aydır maaş almır" - Yardım edin !
08:47 23.07.2018
Arxiv
624
"Şahbaz Quliyevin həyat yoldaşı işlədiyi müəssisədən 4 aydır maaş almır”.
Bunu "Sherg.az”aKəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülən soydaşımız Şahbaz Quliyevin bacısı İradə Quliyeva söyləyib.
O diqqətə çatdırıb ki, Şahbazın ailəsi acınacaqlı durumdadır:
"Neçə aydır ki, ərzaq alıb, onlara kömək etməyə çalışıram. Qohumlar "əl uzadırıq". Amma bizim də artıq köməyimiz çatmır. Qardaşımın ailəsi çətinliklə dolanır. Kimə müraciət edəcəyimizi bilmirik. Sizin qəzet vasitəsilə xaiş edirik, Şahbaz Quliyevin ailəsinə yardım edin.
Qardaşımın həyat yoldaşı Albina Vetelova mühasib köməkçisi işləyir. Hazırda idarə fəaliyyətini davam etdirir, amma işçilərin heç biri maaş ala bilmir. Həmin şirkətin rəhbərliyi pul olmadığını, ona görə maaşların verilmədiyini əsas gətirir. Aidiyyəti qurumlardan xaiş edirəm, Şahbaz Quliyevin ailəsinə kömək etsinlər”.
Qeydedəkki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü ilindekabrın 19-da DilqəmƏsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.
Məlumat üçün bildirək ki, Şahbaz Quliyevin həyat yoldaşı 2 il öncə ölkəmizdə fəaliyyət göstərən özəl şirkətlərin birində işlə təmin olunub. O həmin müəssisədə mühasib köməkçisi kimi fəaliyyət göstərib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm