"Görünür, Əli İnsanov islah olunmayıb" - Baş nazirin müavini
11:58 19.03.2019
Arxiv
610
"Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı 400-dən artıq insana şamil edildi. Bu, Prezidentin böyük humanizmindən xəbər verir”.
ONA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibi-sədr müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, dövlət başçısı müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə sevinc bəxş edib: "Bu sərəncam ilk deyil, dəfələrlə belə sərəncamlar imzalanıb.
Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir. Əgər bu adamlar etdiyi səhvi başa düşüblərsə, Prezident humanizm göstərir və əfv edir. Həmin şəxslərdən biri də Əli İnsanovdur. Prezident onu əfv etməklə humanizmini nümayiş etdirdi”.
Ə.Əhmədov Əli İnsanovun azadlığa buraxıldıqdan sonra fərqli açıqlama verdiyini təəssüflə vurğulayıb: "Prezidentin humanizmi sayəsində azadlığa çıxan insan gərək belə etməyəydi. Görürsünüz ki, azadlığa çıxanlar içərisində fərqli dünyagörüşünə malik insanlar var. Onların hamısı əfv sərəncamını yüksək qiymətləndirdi. Ən azından bu insani borcdur. Əgər sənə qarşı yaxşılıq, humanistlik edilibsə, bu bir insani borcdur ki, ona "sağ ol” deyəsən. Amma biz bunu Əli İnsanovdan görmədik”.
YAP rəsmisinin dediyinə görə, Əli İnsanovun azadlığa buraxılması Prezidentin bilavasitə şəxsi təşəbbüsüdür: "Bununla bağlı heç bir tərəfdən nə xahiş, nə də istək olub. Hər hansı beynəlxalq təşkilat və ya dövlət Əli İnsanovun azadlığa buraxılması ilə bağlı Azərbaycan hökuməti qarşısında nə vəsatət qaldırıb, nə də xahiş edib. Əli İnsanovun pis bir bəyanat səsləndirməsi, guya azadlığa çıxmasında hansısa dövlətin xidmətlərinin olması haqqında danışması ona edilən yaxşılığın dərk etməməsi anlamına gəlir. Bu, ən yumşaq şəkildə ifadə ediləndir. Görünür, Əli İnsanov əfv edilməsinə baxmayaraq, islah olunmayıb. Buna çox təəssüf edirəm. Hesab edirəm ki, Əli İnsanov səhv addımını başa düşər. Etdiyi səhvlər onun üçün nəticə olmalıdır. O, Prezidentin etdiyi humanizmi qiymətləndirməlidir. Əgər qiymətləndirə bilmirsə, bu onun hansı keyfiyyətlərə malik olduğunu göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya