Göyçayda dəhşətli qəza - 4 nəfər yerindəcə keçindi, yaralılar var
06:51 25.08.2018
Arxiv
814
Avqustun 24-də axşam saat 23 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Göyçay şəhər ərazisindən keçən 2-ci kilometrində 4 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rayon polis şöbəsi bildirir ki, rayonun Cəyirli kənd sakini 1989-cu il təvəllüdlü Abdullayev Aqşin Arzu oğlunun idarə etdiyi "Mercedes-Benz” markalı 99-BU-098 dövlət nömrə nişanlı avtomobil ilə Çayarxı kənd sakini 1968-ci il təvəllüdlü Əhmədov Ənvər İlyas oğlunun idarə etdiyi "VAZ 2106” markalı 23-BD-123 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə "VAZ 2106” markalı avtomaşının sürücüsü Ə.Əhmədov, sərnişinlər rayonunun Çayarxı kənd sakinləri 1984-cü il təvəllüdlü Salmanov Ramin Azər oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Gülnar Nağı qızı, 2010-cu il təvəllüdlü Salmanov Azər Nağı oğlu aldıqları xəsarətdən dünyasını dəyişiblər.
Digər sərnişinlər - Çayarxı kənd sakinləri 1993-cu il təvəllüdlü Salmanova Aygün Ənvər qızı, 2010-cu il təvəllüdlü Salmanova Həcər Ramil qızı, 2015-ci il təvəllüdlü Salmanov Ülvi Ümid oğlu, 1963-cü il təvəllüdlü Salmanova Qənimət Usub qızı, "Mercedes-Benz” markalı avtomobilin sürücüsü A.Abdullayev, digər sərnişinlər Cəyirli kənd sakini 1986-cı il təvəllüdlü Hacıyev Ülvi Xalid oğlu, 1989-cü il təvəllüdlü Cahangirov Məzahir Qədir oğlu müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin Bilalov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yararılardan 2-si ilkin tibbi müayinədən sonra evlərinə buraxılıb, 1-i kələ-beyin travması, 1-i isə bud sümüyünün açıq sınığı ilə Bakı şəhərinə göndərilib, 3 nəfər isə həkim nəzarəti altındadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə