Göyərtəsində 5 erməni olan təyyarə Bakıda məcburi eniş etdi
18:48 11.01.2018
Arxiv
538
Çin Hava Yollarına məxsus, Pekin-Tbilisi reysini həyata keçirən və göyərtəsində 5 erməninin olduğu (onlardan 3-ü Ermənistan vətəndaşları olub) təyyarə yanvarın 8-də Bakıda təcili eniş edib. Virtualaz.org xəbər verir ki, bunu təyyarənin sərnişini İda Mnatsakanyan deyib və əlavə edib ki, 5 erməninin arasında 5 yaşlı uşaq da olub.
"Üç gün əvvəl Pekin-Tbilisi reysi ilə uçan təyyarə, ekipaj üzvlərinin dediyinə görə, səmada bir neçə dəfə dövrə vursa da, qatı duman səbəbindən Gürcüstan paytaxtına enə bilməyib. Buna görə də təyyarə Bakı aeroportuna enmək məcburiyyətində qalıb”, - deyə o bildirib.
"Bakı aeroportunun əməkdaşı bizə yaxınlaşdı, dedi ki, o bizim erməni olduğumuzdan xəbərdardır. Öz pasportlarımızı təyyarədə qoymağı və neytral zonaya keçməyi təklif etdi. Biz elə də etdik. Uşağın və ərimin pasportlarını təyyarədə qoyduq, mən pasportumu, uşağım və özüm ABŞ vətəndaşı olduğumuz üçün, özümlə götürdüm. Ərim isə Ermənistan vətəndaşıdır. Biz 12 saat Bakı aeroportunda olduq. Bizə verdikləri yerdə yalnız biz-ermənilər idik”, -sərnişin vurğulayıb.
Mnatsakanyan həmçinin bildirib ki, Bakıdan dərhal Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanla əlaqə yaradılıb və o, erməni mənşəli ABŞ vətəndaşları haqqında Vaşinqtonu xəbərdar edib.
Qeyd edək ki, onlar Bakıdan Tbilisiyə məcburi enişdən 12 saat sonra çatıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə