"Gözləməsinlər" deyə mesaj göndərən o əsgərin ailəsi danışdı





Türk Silahlı Qüvvələrinin Afrinə təşkil etdiyi "Zeytun Budağı" hərəkətinə  qatılan tankçı, 24 yaşlı ekspert çavuş  Mehmet  Kuzunun söylədiyi "İstiqamət Qırmızı Alma, ailəm məni gözləməsin" sözləri, Türk əsgərinin ruh halının ən gözəl dəlillərindən biri oldu. Bütün Türkiyəni duyğulandıran o görüntülərin qəhrəmanı Mehmet, ailəsinin də qürur qaynağıdı.

"BİZİM ÜÇÜN DUA EDİN, YETƏR"

Tekirdağın Saray qəsəbəsində yaşayan ailəsi, oğullarını TV-də görüncə çox həyəcanlandıqlarını söylədi. 50 yaşlı ata Cəmil Kuzu belə danışdı: "Oğulum, vətəninə millətinə çox bağlı bir insandı. Həyat yoldaşımla televizoru izləyərkən bir anda oğulumuzu gördük. Söylədiyi sözlər bizi çox duyğulandırdı. Oğulum ilə qürur duyuruq. Əməliyyata qatılan heç bir Mehmetciyin ayağına Allah daş dəydirməsin. Dönməyə bilər, vətən üçün hər kəs şəhid olmaq istəyir, bu çox qürurverici bir şeydir. Ən son bir saat əvvəl danışdıq. Yerini söyləmədi. Lazım olsa biz də gələk dedim. O da "Sizə ehtiyac yoxdur, Türkiyə olaraq bizə dua edin" dedi. Rəbbim onların kömək olsun." (Milliyet.com.tr)

QIRMIZI ALMA NƏDİR?

Qırmızı Alma, Türk tarixində, xüsusilə Oğuz Türkləri üçün üzərində düşünüldükcə uzaqlaşan, ancaq uzaqlaşdığı kimi cazibəsi də artan idealları işarələyən bir ifadədir. Qırmızı Alma ayrıca, Türk dövlətləri üçün, çatılması lazım olan bir yeri, dünya  hakimiyyəti idealını və Türk birliyini ifadə edər.