Gündə 36 ədəd yumurta, 3 kiloqram ət yeyir

Pakistanlı dünyanın ən güclü adamı olduğunu iddia edir
Pakistanlı 25 yaşlı Khan Baba 408 kiloqram ağırlığıyla "dünyanın ən güclü adamı" olduğunu iddia edir. Qeyri-adi görüntüsüylə roman qəhrəmanı Hulka bənzədilən adamın ləqəbi də "Pakistanın Hulk Adamı"dır… Tam adı Khizar Hayat Khan aka Khan Baba 182 santimetr boyunda və tam 408 kiloqram ağırlığındadır... Gənc adam gündə 36 ədəd yumurta, 3 kiloqram ət yeyir. Gerçək bir Herkülə və roman qəhrəmanı Hulka bənzədilən Həyat gündə 10 min kalori qəbul edir. Dünyanın ən güclü adamı olduğunu iddia edən Khizer Həyat, bir gün dünya güləş və halter çempionu olmaq istəyir. Ən böyük xəyalı isə isə ABŞ mənşəli professional güləşçilərin yarışdığı WWE-ə qatılmaqdır.
Adam tək başına əlləriylə 2 avtomobili və ayrıca bir traktoru çəkə bilir. Pakistanın Mardan şəhərində yaşayan Həyat, uşaq yaşlarında bədən işlətmə hərəkətlərinə başlamışdı. İnternetdəki videolarında gerçək Herkül qabiliyyətlərini paylaşır.