Gürcüstana çıxış qurtuluş deyil
08:10 29.03.2019
Arxiv
461
Paşinyan anlayır ki, Ermənistan-Gürcüstan əlaqələrini Rusiyanın təsirlərinə görə inkişaf etdirmək çətindir
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl gürcü həmkarı ilə sərhəddə görüşüb. Lakin görüş barədə açıqlama verilməyib. Paşinyanın Gürcüstan baş naziri ilə qısa zaman ərzində ikinci dəfə görüşü təəccüblə qarşılanıb. NATO-nun Gürcüstanda təlim keçirdiyi günlərdə Gürcüstanın baş nazirini sərhəddə erməni həmkarı ilə görüşməyə nə vadar edirdi?
Tanınmış politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan sərhəddə Ermənistanla Gürcüstan arasında xeyli birgə iqtisadi layihələrin müzakirə olunduğunu bildirib. Əsas da nəqliyyat layihələrini və logistik mərkəzlərin tikintisini gündəmə gətirib:
"Bu arada Paşinyanın Gürcüstanla əməkdaşlığa dair bu cümləsi diqqəti cəlb edir:
"İki ölkə arasındakı əlaqələri geosiyasi təsirlərin kənarında saxlamaq olur, ancaq daha böyük layihələr müzakirə olunarkən geosiyasi təsirlər ön plana çıxır”. Paşinyanın bu cümlədə nə demək istədiyini anlamağa çalışaq.
Baş nazir geosiyasi təsirlər dedikdə böyük ehtimalla iki ölkəni nəzərdə tutur – Rusiya və Azərbaycan. Paşinyan anlayır ki, Ermənistan-Gürcüstan əlaqələrini Rusiyanın təsirlərinə görə inkişaf etdirmək çətindir. Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin olmaması Ermənistanın Gürcüstan üzərindən Rusiya ilə əlaqələrinə mənfi təsir edir. Təbii ki, burada Azərbaycan amili də var. Gürcüstanın əsas regional layihələri Azərbaycan və Türkiyə ilə bağlıdır.
Ermənistan bu durumu dəyişmək gücündə deyil. Deməli, Paşinyanın bu vəziyyətdə məqsədi Rusiya və Azərbaycan təsirlərindən kənarda Gürcüstanla əməkdaşlığı inkişaf etdirməyin yollarını tapmaqdır”. Analitikə görə, Ermənistanla hansı istiqamətlərdə əməkdaşlıq etmək Gürcüstanın daxili işidir: "Ancaq Gürcüstanda onu da bilməlidirlər ki, bu əməkdaşlıq Azərbaycanda xoş qarşılanmır. Tiflis Paşinyanın da işarə etdiyi geosiyasi təsirləri nəzərə almalıdır. Bunun üçün isə Bakıdan Tiflisə zaman-zaman mesajlar göndərilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
09:52 24.08.2026
Hadisə
“Terrorçusuz Türkiyə” Təqib Şurası ilk iclasını keçirir
09:51 24.08.2026
Gündəm