Gürcüstanda azərbaycanlıların soyadları ilə bağlı qanun layihəsi hazırlanır
14:27 09.09.2021
Arxiv
482
Gürcüstan parlamentində azərbaycanlı vətəndaşlara soyad sonluqlarını dəyişdirməyə hüquqi əsas verəcək qanun layihəsinin müzakirəsi üçün işçi görüş keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın Mətbuat xidmətindən bildirilib.
Görüşdə İnsan haqları və vətəndaş inteqrasiyası məsələləri üzrə Komitənin sədri Mixeil Sarcveladze, onun müavini Savalan Mirzəyev, parlament üzvü Zaur Darğallı, ədliyyə nazirinin müavini Tornike Çeişvili və Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, komitədə Gürcüstan vətəndaşlarına (yezidilər, azərbaycanlılar da daxil olmaqla) tarixi və mədəni ənənələrinə uyğun olan soyadlarının qaytarılmasına imkan verəcək qanunvericilik dəyişikiliyi üzərində iş aparılır.
Bu məsələnin müxtəlif etnik mənsubiyyətli şəxslər üçün əhəmiyyətini vurğulayan görüş iştirakçıları bununla bağlı mövcud problemləri və onların həlli yollarını da müzakirə ediblər.
Qeyd olunub ki, müvafiq qanun layihəsi üzərində işin yekun mərhələsində konkret müddəaların razılaşdırılması tələb olunur. Sənəd hazır olandan sonra baxılması üçün parlamentə təqdim ediləcək.
Sonda qanun layihəsinin ətraflı müzakirəsi üçün əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.
Xatırladaq ki, Gürcüstanda yaşayan soydaşlarımız onlara soyadlarından “ov” və “yev” sonluqlarının götürülməsi hüququnun verilməsini istəyirlər. “Vətəndaş aktları barədə” Qanuna düzəlişlər tələb edən təşəbbüs qrupu bu məqsədlə avqustun 2-dən 25 min imzanın toplanılması üçün kampaniya aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət