"Hadisələrin siyasiləşdirilməsinin əleyhinəyik"
08:44 20.02.2019
Arxiv
543
Tural Abbaslı: "Qarabağ Komitəsinin parçalanması ilə bağlı fikirlərin heç bir əsası yoxdur"
Qarabağ Komitəsinin təsisçilərindən olan sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidovun istefası səbəbindən Komitədə yaşanan gərginliyin davam etdiyinə dair iddialar səngimir. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da QK-nı tərk edib. İ.Həmidov təşəbbüsü ilə yaradılan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsi tipli komitənin yaradılmasını daha məqsədəuyğun sayıb. İstefasını açıqlayan sabiq nazir belə bir qurumu hərəkat daxilində yaradacaqlarını açıqlayaraq, iclası tərk edib. İ.Həmidov və A.Şakiroğlu ilə bərabər 20-dən çox üzvün QK-nı tərk etdikləri bildirilib.
Bu istefaların ardından QK-nın iki hissəyə ayrıldığı yönündə fikirlər səslənməyə başlayıb. Hətta istefaların davam edəcəyi bildirilir. Baş verənlərin komitənin işinə də təsirsiz ötüşməyəcəyi qeyd olunur.
Yayılan şayiələrlə bağlı "Şərq”ə açıqlama verən QK-nın təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı Qarabağ Komitəsindən bəzi istefaların olduğunu təsdiqləyib:
"Bunu zatən QK-nın iclasından canlı yayımda hər kəs gördü. Mən bu məsələnin bu qədər qabardılaraq şişirdilməsinin tərəfdarı deyiləm. Çünki komitə açıq fəaliyyət göstərir, oraya üzv olmaq da, oradan istefa vermək də könüllüdür. Necə ki, buradan istefalar oldu, növbəti iclasda üzvlüklə bağlı müraciətlər də ola bilər və yəqin ki, olacaq da. Biz AĞ partiya olaraq və şəxsən mən bir siyasətçi kimi QK-ya siyasi platforma kimi baxmadığım üçün buradakı hadisələrin də siyasiləşdirilməsinin əleyhinəyik. Orada toplaşan insanların bioqrafiyasına və siyasi keçmişinə baxsanız fikir müxtəlifliklərinin olmasını təbii qəbul edərsiniz. Fikirlər və məsələlərə yanaşmalar müxtəlif ola bilər, ancaq, sonda hər şey ya konsensus, ya da səsvermə ilə yekunlaşır. Hər kəs də bu yekun qərara tabe olur. Qarabağ Komitəsi olaraq əsas məqsəd və qayəmiz Qarabağın azadlığı uğrunda öz töhfəmizi verməkdir”.
QK-nın ikiyə bölündüyü və ya parçalandığı barədəki fikirlərin heç bir əsası olmadığını vurğulayan T.Abbaslı deyib ki, kimlərsə könüllü qərarlarıyla ayrıla bilər. Ancaq bu, parçalanma kimi qəbul olunmamalıdır:
"Yanlış xatırlamıramsa, hazırda komitənin 83 üzvündən 12-15-nin istefasından söhbət gedir. O ayrılan insanlar da başda hörmətli İsgəndər bəy olmaqla AXH-nin tərkibində yaradacaqları komitədə fəaliyyət göstərəcəklərini bəyan ediblər. Burada da qeyri-adi nəsə yoxdur. Zatən demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün partiya və təşkilatların tərkibində Qarabağ mövzusuyla məşğul olan komissiya və komitələr mövcuddur.
Bunların fəaliyyətləri bir-birinin əleyhinə və ya bir-birinin rəqabətində fəaliyyət göstərmirlər. Beləcə də AXH-nin nəzdində yaradılan komitənin fəaliyyətinin QK-ya alternativ olacağını demək doğru deyil. Məsələn, mən həm QK-nın İdarə Heyətinin üzvüyəm, həm də AXH-nin İdarə Heyətinin üzvüyəm və bu statuslarımın bir-birinə heç bir maneçiliyi yoxdur, ola da bilməz. Eyni zamanda da KXCP sədri hörmətli Mirmahmud bəy də mənim kimi. Odur ki, belə qurumları bir-birinin ziddi, alternativi kimi yox, yanaşma rəngarəngliyi kimi görmək lazımdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya