“Hamı dövlətdən dəstək gözləyir”
20:48 18.05.2016
Arxiv
1136
“Banklar elə etməlidir ki, vətəndaş fəlakətə düçar olmasın”
Bank kreditləri ilə bağlı yaranmış təhlükəli vəziyyətdən çıxış yolu tapılmır. Banklar verdikləri krediti geri tələb etməkdə, vətəndaş isə cibini çevirib "neyləyim, pulum yoxdu” deməkdə. Faktiki, "tupik” vəziyyətidir. Geri addım atmaq mümkün deyil. Bəs irəli? Axı bütün hallarda hər bir vəziyyətdən çıxış nöqtəsi olmalıdır. Milli Məclisin ötən iclasında da problemli kreditlər məsələsi yenidən gündəmə gəlib və millət vəkilləri vətəndaşın gününə "ağlayıblar”.
Millət vəkili Fazil Mustafa suyun qiymətinin artmasının ardınca işıq və təbii qazın qiymətlərinin artma ehtimalını vurğulayaraq onsuz da borc məngənəsində sıxılan vətəndaşın vəziyyətinin dözülməz olacağına işarə edib: "Borclu vətəndaşların bir də o zaman hallarını təsəvvür edək. Çox dəhşətli mənzərə yarana bilər”. Millət vəkili Vahid Əhmədov da həmkarı Əli Məsimli ilə birlikdə xüsusi təkliflər paketi hazırlayıb müvafiq qurumlara təqdim etdiklərini, lakin bir aydır, heç bir cavab almadıqlarını deyib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə həmin təkliflərin komitədə müzakirə olunacağını söyləyib. Z.Səmədzadə qeyd edib ki, bank sektorundakı vəziyyət dərindən araşdırılmalıdır. Millət vəkili çıxış yolu da göstərib: "Banklar son illər xeyli əsassız gəlirlər əldə ediblər. Həmkarlarımız haqlı olaraq bildirirlər ki, həmin gəlirlərin bir hissəsindən devalvasiya nəticəsində ziyan çəkmiş vətəndaşlar üçün istifadə edə bilərik. İnanıram ki, bu məsələdə konsensusa nail olacağıq”.
Göründüyü kimi, problemli kreditlərlə əlaqəli heç də çıxılmaz vəziyyət sayılmaz. Ağıllı başlar optimal təkliflər səsləndirir. Üstəlik, xarici təcrübə də var. Qonşu dövlətlər neçə il əvvəl bu problemlə üzləşib və həll də ediblər.
İqtisadçı Elxan Vəliyev "Şərq”ə açıqlamasında bank sektorunu da, vətəndaşı da qane edəcək həll variantlarının mövcud olduğunu bildirdi:
- Həll variantları ödəniş müddətinin artırılması, orta məbləğ seçilməsi, kreditlərin bir hissəsinin silinməsi ola bilər. Bankların kreditləri geri almaqdan imtina etməsi mümkün deyil. Çünki banklara vaxtilə xarici ölkələrdən böyük investisiyalar qoyulub. Banklar bu investisiyanı xarici valyuta ilə alıblar, onu manata dəyişərək vətəndaşa veriblər. Və indi həmin valyutanı geri qaytarmalıdırlar. Ancaq burada elə bir variant tapılmalıdır ki, vətəndaş fəlakətə düçar olmasın. Bunun üçün də itirilmiş faizlər variantı var. Hansı ki, bir sıra ölkələr analoji durumla üzləşdikdə bu variantdan istifadə ediblər. Bu, ümidsiz kreditlər adlanır. Bunlar elə kreditlərdir ki, geri alınması qeyri-mümkün görünür. Banklar bu növ kreditlərin geri qaytarılmasından imtina edə bilər. Problemli kreditlərin bir hissəsi silinə də bilər. Banklar bunu ehtiyat fondları hesabına icra edə bilər. Problemli kreditlərin bank, hökumət və vətəndaş arasında bölünməsi təcrübəsi də var. Ancaq hamı istəyir ki, yükü hökumətin çiyninə qoysun. Hamı dövlətdən dəstək gözləyir. Amma nəzərə almaq lazımdır ki, dövlət özü də devalvasiyadadır. Məndə olan məlumata görə, bəzi banklar çıxış yolu kimi artıq orta məbləğ müəyyənləşdirib və faizləri 1,25-dən hesablayırlar. Eləsi var, 1,30-dan hesablayır, təki pul geri qayıtsın. Düzdür, bu barədə geniş məlumat verilmir, proses bir qədər səssiz davam edir. Amma tərpəniş var.
E.Vəliyev bildirdi ki, bank sektorunun ağır duruma düşməyinin əsas səbəblərindən biri də bankların risklərin dəyərləndirilməsi bacarığının olmamasıdır:
- Bizim bankların səhvi bu idi ki, gəlirlərini yalnız kreditlər üzərində qurdular. İstehlak, ya da kommersiya kreditləri verdilər. Halbuki xaricdə belə deyil. Xarici ölkələrdə bankların fəaliyyət dairəsi genişdir. Banklar müxtəlif fəaliyyət növləri ilə məşğul olur. Yatırımlar edir, tikinti sektorunda təmsil olunur, cəlbedici və gəlirli layihələrdə iştirak edir, pul qoyur, bir neçə ildən sonra isə gəlir əldə edirlər. Təəssüf ki, bizim banklar ancaq "kreditə işləyirdi”. Nəticəsi də ağır oldu. Belə məlumatlar var ki, hazırda səlahiyyətlərin bölüşdürülməsi müzakirələri gedir, Mərkəzi Bankın hansı səlahiyyəti olacaq və s. Müzakirələr bitdikdən sonra yəqin ki, problemli kreditlərlə bağlı bir qərar veriləcək.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq