Heç kimə torpaq verməyiblər
08:46 23.02.2018
Arxiv
1089
"2017-ci ilin oktyabr ayında Gürcüstanda baş tutan yerli idarəetmə orqanlarına seçkilər çox qalmaqallı və səs-küylü keçdi”. Bunu "Şərq”ə açıqlamasında, Gürcüstanda yaşayan soydaşımız, "Qeyrət” Xalq Hərəkatı Partiyasının sədri Əlibala Əsgərov deyib. Gürcüstan azərbaycanlılarının durumu ilə bağlı qəzetimizə danışan Ə.Əsgərov bildirib ki, əvvəlcə Marneuli rayon meri vəzifəsinə namizəd kimi gürcü millətindən olan nümayəndə göstərildi.
Hətta seçki plakatları belə hazırlandı: "Marneulinin müxtəlif bölgələrinə onun plakatları vuruldu. Ancaq bir müddət sonra həmin namizəd geri çəkildi və azərbaycanlı Temur Abazovun namizədliyi irəli sürüldü. Məsələ ondadır ki, T.Abazov xalqın deyil, hakim "Gürcü Arzusu” Partiyasının namizədi idi. Ona görə də Temur Abazovun adı açıqlanandan sonra yerli xalq, yəni soydaşlarımız onu birmənalı qarşılamadı. Soydaşımız olsa da, rayon əhalisi onu düz-əməlli tanımırdı”.
Birlik rəhbəri vurğulayıb ki, iqtidar partiyasının seçki qərargahına millət vəkili Ruslan Hacıyev rəhbərlik edirdi: "İqtidar partiyasının namizədləri seçkiyə proporsional olaraq hazırlandığı üçün yerlərin hamısını gürcü millətinin nümayəndələri tutdular. Yəni 41 partiyadan proporsional olaraq bir azərbaycanlı deputat ola bilmədi. 35 nəfərdən ibarət olan bələdiyyəyə iqtidar partiyasından 32 üzv seçildi. Üzvlərdən 12-si azərbaycanlı oldu ki, onların da hamısı kənd bələdiyyələrindən gələn nümayəndələr idi. Yerdə qalan 20 yeri isə gürcü nümayəndələr qazandı. Halbuki, Gürcüstan müstəqillik qazanandan bu yana belə biabırçılıq olmamışdı. 5 bələdiyyə komissiyasının rəhbərlərinin hamısı gürcü, bələdiyyə sədri gürcü, müavinlər gürcü oldu. O boyda bələdiyyədə azərbaycanlılara bir yer belə verilmədi. Bunların əvəzində bizə Temur Abazov təqdim olundu. Bölgə azərbaycanlıları indiki kimi heç vaxt bu qədər diskriminasiya olmamışdı”.
Ə.Əsgərov deyib ki, icra başçısından başqa strukturda nə qədər adam varsa, hamısı gürcülərdir:
"Çoxlarının iddia etdiyi kimi azərbaycanlı merdən sonra heç bir müsbət dəyişiklik olmayıb. Temur Abazovun bölgəyə, soydaşlarımıza yaxşı heç nə verə bilməyəcəyi indidən görünməkdədir. Meriya ağızdolusu islahatlardan danışır. Hansı islahatlardan söhbət gedir, niyə biz görmürük? Torpaq islahatı adı ilə görülən işlər sadəcə kosmetik xarakter daşıyır. Kiminsə sənədləşmə işində dolaşıqlıq olub, problem yaranıb, mer də buna müdaxilə edib və sənədləri qaydasına salıb. Görünür, bunu "torpaq islahatı” adlandırırlar. Heç kimə torpaq verməyiblər. Hamısı boş söhbətlərdir. Kənd təsərrüfatı iflic vəziyyətdədir, mallarımızı bazara çıxarıb sata bilmirik. Rusiya bazarları üzümüzə bağlı olduğu üçün çox çətin vəziyyət yaşanmaqdadır. Yerli bazarlarda isə alıcılıq qabiliyyəti çox aşağıdır”.
Qurum rəhbəri Kvemo-Kartli bölgə qubernatorunun müavininin azərbaycanlı olmasına da münasibət bildirib: "Kvemo-Kartli bölgə qubernatorunun özünün nə işlə məşğul olduğu, qurumun hansı işləri gördüyü ilə bağlı bölgə insanının təsəvvürü yoxdur. Müavini isə ümumiyyətlə görünmür. Onun azərbaycanlı olmasının bizə xeyri yoxdur”.
Ə.Əsgərov xeyli vaxt keçməsinə rəğmən bölgədə heç bir təhsil islahatlarının aparılmadığından gileylənib: "İndiyə qədər müsbət yöndə hansısa təhsil islahatının şahidi olmamışıq. Əksinə, mənfi işlər görürlər. Məktəb direktorlarını gürcü kadrlarla əvəz edirlər”.
Birlik sədri regionun dini sektaları ilə bağlı narahatlığını da dilə gətirib: "Dini ayin və mərasimlərin keçirilməsində yenə də azərbaycanlılar görünmür. Bu barədə QMİ-yə dəfələrlə müraciət etsək də, heç bir nəticəsi olmayıb. Yenə də İranın, Türkiyənin və müxtəlif ölkələrin zərərli dini sektaları, təriqətləri soydaşlarımız yaşayan bölgələrdə "at oynadırlar”. Onlara dur deyən yoxdur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət
İlin sonuna kimi bu, lazımsız olacaq – Mask elan etdi
13:24 19.07.2026
Texnologiya
Tramp İordaniyada iki amerikalı əsgərin ölümünə münasibət bildirib
13:08 19.07.2026
Dünya
“Azərsilah”ın poliqonlardan birində yanğın hadisəsi baş verib
12:52 19.07.2026
Hadisə
Sabahın hava proqnozu açıqlanıb
12:36 19.07.2026
Ekologiya