Hələ ki, ölüm faktı qeydə alınmayıb
08:27 22.02.2018
Arxiv
910
İnfeksiyalar daha çox cərrahi klinikalarda olur
Səhiyyə Nazirliyinin Baş epidemioloqu, professor İbadulla Ağayev bildirib ki, xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqdadır. Onun sözlərinə görə, Azərbaycan xəstəxanadaxili infeksiyaları ləğv etməyə çalışır.
İ.Ağayev qeyd edib ki, Azərbaycanda xəstəxanadaxili infeksiyalara qarşı aparılan profilaktik və əksepidemik tədbirlərin bu sahə üzrə dünya praktikasında tətbiq edilən sanitar qayda və normativlərə, o cümlədən, müasir standartlara uyğun təkmilləşdirilməsi ölkə səhiyyəsi qarşısında duran mühüm vəzifələrdən biri hesab edilir: "Əsas odur ki, həmin infeksiyalar epidemioloji həddi aşmayıb. Bu gün ölkədə ən böyük xəstəxanalarda belə xəstəxanadaxili infeksiyalardan ölüm faktı qeydə alınmayıb. Əgər belə hadisə baş versə, Azərbaycan səhiyyəsi bununla mübarizə aparmaq iqtidarındadır. Xəstəxanalarda hər gün dezinfeksiya işləri aparılır”.
Baş epidemioloqun sözlərinə görə, Azərbaycanda xəstəxanalarda olan tibbi avadanlıqlar dünyanın inkişaf etmiş ölkələri ilə eyni səviyyədədir. Müxtəlif vasitələrdən istifadə edilməklə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirləri tarix boyu aparılıb. Sonradan isə dezinfeksiya tədbirləri daha da təkmilləşdirilib, o, bir elm sahəsi kimi öyrənilib.
Xəstəxanadaxili infeksiyalarla bağlı "Şərq”ə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, infeksiyalar daha çox cərrahi klinikalarda olur.
Buna baxmayaraq ölkəmizdəki xəstəxanalarda sanitar durumun müsbət olduğunu deyən professor bu sahədə xeyli işlərin görüldüyünü, müasir tibbi avadanlıqların mövcudluğunu da diqqətə çatdırıb:
"Cərrahi klinikalarda əməliyyatlar daha çox olduğu üçün müxtəlif infeksiyaların olduğu da qaçılmazdır. Amma bu gün xəstəxanalarımızda maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür, avadanlıqlar, özəl sektorlar və onların daxilində daha müasir texnikalar mövcuddur.
Hava-damcı yolu ilə yayılan infeksiyalarla bağlı məsələ ciddi olaraq qalır. Hansı ki, bu gün əhali arasında kəskin respirator xəstəliklər çoxalmaqdadır. Hazırda hər 2-3 adamdan biri xəstədir. Xüsusilə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xeyli insanlar var”.
A.Qeybullanın sözlərinə görə, yaxşı olardı ki, televiziyalarda insanlara maarifləndirici tövsiyələr verilsin:
"Çünki çoxları gedib özbaşına antibiotiklər alıb vurdururlar. Bu da onların səhhətində sonradan neqativ izlər buraxır. Bu cür xəstələr həkimə müraciət etməli, vaxtında lazımlı tədbirlər görülməlidir ki, ağırlaşmalar olmasın. Bu istiqamətdə mühüm işlər aparılmalıdır.
Epidemioloji situasiyanın dəyərləndirilməsinə gəldikdə isə, Azərbaycanda daha çox təsadüfən edilən infeksion xəstəliklər keçən kəskin respirator xəstəlikləridir. Məsələn, qrip xəstəliyini qeyd edə bilərik. Amma vərəmin sayı da yetərlidir.
Vərəm də hava-damcı yolu ilə keçən infeksiyalardandır.
Karantin infeksiyaları ilə bağlı hələlik bütün dünyada durum qənaətbəxşdir. Lakin ölkəmizdə bununla bağlı hazırlıq işləri nə vəziyyətdədir, onu demək çətindir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm