Həmsədrlərin XİN rəhbərləri ilə görüşləri gözlənilir





Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iyunun əvvəlindəATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
APA-nın "armtoday.info” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib.
"Həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşəcəyi ehtimal edilir”, - deyə o vurğulayıb.
E. Nalbandyan qeyd edib ki, görüş zamanı prezidentlərin Vyana görüşündə əldə olunmuş razılaşmalar müzakirə ediləcək.