“Hərbi komissar"ların işdən çıxarılma SƏBƏBLƏRİ.... - AÇIQLAMA

Şair Ramaldanov: "Hər hansı müəssisədə rəhbər dəyişikliyi baş verərkən bir növ həmin işə yeni nəfəs gəlir"


"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbə rəislərinin işdən çıxarılmasının müxtəlif səbəbləri ola bilər. Rəhbərlik bunu lazım bilib və işlərin qaydasında, qanuna uyğun olması üçün addım atılıb”.

Bunu "Sherg.az”a 7 rayonun "hərbi komissar”ının işdən çıxarılmasının səbəblərindən danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, yaşla, sağlamlıqla əlaqədar, xidməti uyğunsuzluğa görə və s. səbəblərdən rəislərin dəyişdirilməsi həyata keçirilə bilər:

"Həmin şəxslərə müəyyən məhdudiyyətlər var. Uyğunsuzluqla əlaqədar "hərbi komissar”lar dəyişdirilirsə, deməli, onların fəaliyyətində müəyyən nöqsanlar var. Həmin nöqsanları aradan qaldırmaq üçün zamanla rəislər dəyişdirilməlidir.

Düşünürəm ki, səbəbindən asılı olmayaraq, bu cür yerdəyişmələrin, islahatların aparılması müsbət addımdır. Bunu həyata keçirərkən rəhbərlik götür-qoy edir, nəticələrini ölçüb -biçir.

Hər hansı müəssisədə rəhbər dəyişikliyi baş verərkən bir növ həmin işə yeni nəfəs gəlir. Sözsüz ki, yeni təyin edilən rəislərin də qarşısına müəyyən tələblər qoyulur. Yeni "komissar”ların əvvəlki fəaliyyəti qiymətləndirildikdən sonra şöbə rəisi postuna layiq görülüblər”.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 7 rayon şöbəsinin rəisinin işdən çıxarılması ilə bağlı qurum rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Aysel Aslan