Azərbaycanda hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırıla bilər. Milli Məclisdən APA-ya verilən məlumata görə, hərbi qanunvericilikdə dəyişikliklər edilməsi üçün bir qrup deputat tərəfindən edilən təkliflər arasında bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklər layihəsi də təklif olunur. Dəyişikliyə əsasən, qanunun 18-ci maddəsinin 2-ci bəndi bu variantda təklif edilir: "Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 40 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar”. Xatırladaq ki, hazırkı varianta görə bu rəqəm 35 yaşdır. Dəyişikliklər hərbi çağırış sisteminin NATO sisteminə uyğunlaşdırılması məqsədi daşıyır. NATO ölkələrində yuxarı yaş həddi bir sıra ölkələrdə 45 yaşdır. Layihənin növbəti sessiyada Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulur.
Hərbi xidmətə çağırışın yuxarı yaş həddi 45 ola bilər
19:54 27.11.2013
Arxiv
977
Qanuna dəyişiklər layihəsi təklif olunur
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya