Həsən Ruhani yeni hökumətin tərkibini AÇIQLADI - QADIN YOXDUR




İranın növbəti dəfə prezidenti seçilmiş Həsən Ruhani parlamentə yeni hökumətin tərkibini təqdim edib. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, 17 nəfərdən ibarət olan hökumətin tərkibində  böyük dəyişikliklər müşahidə olunmur və yalnız diqqət çəkən məsələ odur ki, hökumət üzvləri arasında bir nəfər də olsun qadın yoxdur. Məlumata görə, H.Ruhani  həm də ona görə tənqid olunur ki,  seçki kampaniyası ərəfəsində onu dəstəkləyən islahatçı və yenilikçi kadrlara çox az yer ayırıb. 

Qeyd edək ki, buraxılan hökumətdə 3 xanım vitse - prezident postunda yer almışdı. Həmin xanımlardan biri olan Şahindokt Mollaverdinin söylədiklərinə görə, yeni hökumətdə 2 və 3 xanım nazirin olacağına ümid edirlərmiş, lakin bu, baş verməyib.

Yada salaq ki, İran prezidentləri arasında ən mühavizəkar lider kimi tanınan Mahmud Əhmədinejadın prezidentliyi dönəmində (2005-2013) bir nəfər xanım nazir olub. Marzie Dastjeri  2009- 20013 cü illərdə bu ölkənin səhiyyə naziri vəzifəsində çalışıb". 

Tərcümə etdi: Ayyət ƏHMƏD