İcra başçısı və deputata "Şöhrət" ordeni verildi





Prezident İlham Əliyev Mərdan Talıb oğlu Camalovu təltif edib. AzərTAc xəbər verir ki, prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə M. Camalov "Şöhrət” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyevin növbəti sərəncamı ilə Rauf Asif oğlu Əliyev də Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, M.Camalov Şirvan rayonunun icra başçısıdır. R.Əliyev isə hakim Yeni Azərbaycan Partiyasının üzvü və Milli Məclisin deputatıdır.