İƏT Parlament Assambleyası: “Erməni qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
11:33 14.07.2020
Arxiv
650
İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatına dair bəyanatla çıxış edib.
Oxu.Az xəbər verir ki, Ermənistan ordusu tərəfindən edilən hücumdan və Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğal altında qalmasından dərin narahatlığını ifadə edən Baş katibin bəyanatında deyilir ki, 12 iyulda Ermənistan silahlı qüvvələrinin artilleriya dəstəyi ilə həyata keçirdiyi hücumun nəticəsində Azərbaycan Respublikasının ərazisində iki nəfərin ölümünə və beş nəfərin yaralanmasına səbəb olub.
İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas tərəfindən verilən bəyanatda Ermənistan Respublikasının, İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan Respublikasına qarşı təcavüzü pislənilir, bir daha bu hücumdan və Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğalının əbədiləşdirilməsindən dərin narahatlıq ifadə olunur.
Baş katibin bəyanatında həmçinin vurğulanır ki, Muhammed Xurayçi Niyas İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 2020-ci ilin yanvar ayında Burkina-Fasoda keçirilən 15-ci Konfransından başqa, digər konfransların qətnamə və qərarlarına əsasən, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə əsasən, erməni qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyri-şərtsiz və tamamilə çıxarmağa çağırır və Ermənistanın onlara tabe olmağa məcbur edilməsi üçün bu Qərar və Qətnamələrin ciddi şəkildə yerinə yetirilməsini tələb edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qəlb cəbhəsi” kitabının təqdimatı olub -FOTO
20:46 03.03.2026
Ədəbiyyat
“Akopyan qərarsızların səsini toplaya bilər” - Fuad Abbasov
20:39 03.03.2026
Gündəm
Aİ və Körfəz ölkələri regiondakı gərginliyi müzakirə edəcək
20:14 03.03.2026
Dünya
“Xamenei getsə də sistem çökməyəcək” - Tural Abbaslı
19:55 03.03.2026
Müsahibə
Qətər İrana zərbələr endirib
19:44 03.03.2026
Dünya
Pərviz Şahbazov və Aİ-nin komissarı birgə bəyanatla çıxış ediblər
19:35 03.03.2026
Siyasət
Bakı metrosunda sərnişindaşıma 5%-ə yaxın artıb
19:00 03.03.2026
Dünya
Soçidə ard-arda zəlzələ olub
18:38 03.03.2026
Hadisə
İranda Ekspertlər Məclisinin binası hədəfə alınıb
18:15 03.03.2026
Gündəm
“Regionu qarşıda od-alovlu günlər gözləyir” - Siyasi şərhçi
18:05 03.03.2026
Siyasət
Həmid Herisçi tezliklə İrandan Azərbaycana qayıdacaq
17:59 03.03.2026
Cəmiyyət
Oman Sultanı Qazaxıstana səfər edəcək
17:55 03.03.2026
Dünya
Nazir: CQD böyük gəlirlər gətirən strateji layihədir
17:53 03.03.2026
Aktual
Sosial şəbəkələrdə müsbət dəyişiklik olacaq - EKSPERT
17:52 03.03.2026
Texnologiya
Rusiya ordusu Donetskdə irəliləyir
17:45 03.03.2026
Dünya