İlan vurdu: Əri arvadını xəstəxanaya aparmaq əvəzinə inək nəcisinə basdırdı

Hindistanda ilan vuran qadını əri, xəstəxanaya aparmaq əvəzinə bölgədə tanınan bir ilan ovçusundan kömək istədi.
Hindistanın şimalındakı Uttar Pradeshdəki Bulandshahrda yaşayan 35 yaşlı Devendri adlı qadını odun yığarkən ilan sancıb. İlan ovçusu ərinə həyat yoldaşını inək nəcisinə basdırmasını tövsiyə edib, lakin qadın həyatını itirib. İlan dişləyən qadın evə qaçaraq vəziyyəti ərinə bildirib. Adam arvadını xəstəxanaya aparmaq əvəzinə Murarey adında yerli bir ilan ovçusunu çağırıb.
İlan ovçusunun təlimatıyla inək nəcisinə basdırılıb, 75 dəqiqə gözləsələr də qadın həyatını itirib. Evin ətrafında oturub qadının aqibətini izləyən kəndlilər də hadisəyə şahidlik edib. Arvadını ilan ovçusuna aparmazdan əvvəl qoluna ip bağlayıb, üyüdülmüş bir toz sürtdüklərini bildirən kişi, "Onun öləcəyini əsla təxmin etmədim” deyib