İlham Əliyev "Ağ şəhər"də

Dövlət başçısı “Ağ şəhər-1” yarımstansiyanı işə salıb



Fevralın 9-da prezident İlham Əliyev Bakının Xətai rayonu ərazisində yeni inşa olunmuş 110/35/6 kV-luq "Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.
 "Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev "Ağ şəhər-1” yarımstansiyası, həmçinin yeni inşa edilən digər 110 kV-luq "Həzi Aslanov”, "Kürdəxanı”, eləcə də 35 kV-luq 7 elektrik yarımstansiyası barədə Prezident İlham Əliyevə məlumat verib.

Dövlət başçısı dispetçer idarəetmə mərkəzindən "Ağ şəhər-1” yarımstansiyanı işə salıb.

Prezident İlham Əliyev yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış olub.