Xalq artisti İlham Əsgərov üçün Akademik Milli Dram Teatrının səhnəsində vida mərasiminin keçirilməməsi Xalq artistinin ailə üzvlərinin narazılığına səbəb oldu. Xalq artistinə olan biganə münasibət İlham Əsgərovun sənət dostlarına da ağır təsir edib. Onlar da Xalq artistinin vida mərasiminin Akademik Milli Dram Teatrının səhnəsində baş tutmamasına narahatlıqlarını dilə gətirirlər. Uzun illər eyni səhnəni paylaşan, həyatda yaxın dost olan Xalq artisti Nurəddin Mehdixanlı "Şərq”ə İlham Əsgərovun ölümündən danışdı. - Nurəddin müəllim, İlham Əsgərovla yaxın dost idiniz. Elə cənazəsinin önündə də siz gedirdiz. Necə insan kimi yaddaşınızda qaldı İlham Əsgərov?- İlham Əsgərov deyəndə, ilk əvvəl Azərbaycan kişisi göz önünə gəlir. Boy-buxunu, mərdliyi, səmimiliyi, dürüstlüyü. İlham ləyaqətli insan idi. Belə insanlar hansı cəmiyyətdə çoxdularsa, o cəmiyyət xoşbəxtdi. Amma o cəmiyyətdə ki belə insanlar az olur, o cəmiyyətin problemləri çox olur. İlham Əsgərov sözün həqiqi mənasında o qədər ləyaqətli insan idi ki, o qarışqanı tapdalamazdı. Bu, sözün həqiqi mənasında deyilən sözdü. O qədər vicdanlı idi. O, dostlarına sadiq insan idi. Kimsə deyə bilməz ki, İlham Əsgərov filan yerdə yalan dedi. Bu, mümkün deyil. Şəxsən mənim üçün ən böyük əxlaq sahibi, yalan deməyən insandı. O qədər əxlaqlı bir insan idi ki, həyatında yalan danışmazdı. İlham ədalətsizliyə qarşı dözümsüz idi. Harda kimin haqqı tapdanıbsa, kimliyindən asılı olmayaraq, İlham o insanın yanında olub. Tanımasa belə, o insanı müdafiə edərdi. Mən İlhamı tələbəlik illərindən tanıyıram. O bizdən aşağı kursda oxuyardı. Sonralar bir yerdə işlədik. O, 57 yaşına gəlib çatmışdı, amma ürəyi uşaq kimi saf, təmiz idi. Açığı söyləyim ki, son 5 il onun və teatrda bir çoxlarımızın həyatını dağıdıb. İlham üçün bu illər çox çətin olub. 5 ildə hər gün ədalətsizliklərlə qarşılaşırsan və bu, sənin ömrünə təsir edir. İlham müəllim ilk insultunu məhz "Azdrama”da aldı. "Qarabağnamə” tamaşasının məşqində. Bunu deməliyəm. Artıq bəsdi susduq. Orda böyük mübahisə oldu. Nəticədə haqsızlıqlara dözə bilmədi, ilk insultunu onda aldı. - Yəni səhhətində ilk zərbə teatrda olan haqsızlıqlarla bağlı oldu?- Bəli, o, ilk dəfə teatrda insult keçirtdi. Elə ikinci dəfə də teatrla bağlı narahatlıq yaşadı, insult keçirtdi. Bu son günlərin məlum hadisələri isə onun həyatına son qoydu. - Yəni son hadisələr onun yenidən insult keçirməsinə səbəb olub...- Bəli. İnsan nə qədər haqsızlıqlar yaşayar? Biz ona çox deyirdik ki, İlham, bir az sakitləş, hər şey yoluna qoyulacaq. Bilirsiz, İlhamı əsəbləşdirmək də çətin idi. Sakitləşməyi də çətin idi. Nəticədə İlham bu haqsızlıqlara dözmədi, ürəyi partladı. Bilirsiz, bir var insanın ürəyi yatır, bir də var dərddən ürəyi partlayır. Ürəyi partlayan insanın dərdi böyük olur. İlhamın ürəyini partlatdılar. İlham Milli Akademik Dram Teatrının qorunması, yaşaması üçün mübarizə apardı və şəhid oldu. - İlham Əsgərovla vida mərasiminin Akademik Milli Dram Teatrında baş tutmaması, buna imkan yaradılmaması da Xalq artistinə qarşı laqeyd münasibət kimi qiymətləndirildi.- İlham Əsgərova qarşı çox ədalətsiz yanaşdılar. Çox təəssüf ki, Əsgərov kimi teatrın taleyinə yananlara qarşı sərt oldular. İlham Əsgərova qarşı məmur biganəliyi hiss olundu. Akademik Milli Dram Teatrına illərlə xidmət edən, xalqın sevdiyi, dəyər verdiyi sənətkarla onun doğma teatrında vida mərasimi keçirilməli idi. Bu onun haqqı idi. Necə olur ki, Akademik Milli Dram Teatrının səhnəsi saçı kraskalı, kimlərsə verilə bilir, klip çəkilişi üçün qapıları taybatay açılır, amma teatr üçün şəhid olan Xalq artisti üçün bu şərait yaradılmadı. Ömrünün yarısından çoxunu teatra həsr edən insana teatrın səhnəsini son dəfə çox gördülər, amma teatra aidiyyəti belə olmayanlar üçün həmin səhnədə hər cür imkanlar yaradıldı. O səhnə hamıya meydan oldu. Hətta reklam çəkilişi üçün. Təkcə Xalq artistinin vida mərasimi üçün meydan olmadı. O teatrın qapıları ömrünün 33 ilini teatra həsr edən Xalq artisti üçün bağlı qaldı. Budumu ədalət? Budumu sənətkara verilən son mükafat? Kim onlara bu ixtiyarı verib? İlham son dəfə teatrın səhnəsinə qalxmalıydı. O məhz Akademik Milli Dram Teatrının səhnəsində son dəfə onu sevən minlərlə insanla vidalaşmalıydı. Bunu da ona çox gördülər. Onun Fəxri Xiyabanda dəfn olunmasına icazə verilmədi. Olsun. Yaxşı, Fəxri Xiyabanda yer olmadı. Anladıq. Fəxri Xiyabanda o yeri həmin məmurlar özləri üçün saxlasınlar. İlham dədə-baba ocağında hörmətlə dəfn olundu. Masallının icra başçısı və oranın bütün əməkdaşları səhər saat 9-da dəfn üçün bütün işləri görmüşdülər. O torpağın insanları öz sənətkarını hörmətlə, onun adına layiq şəkildə qarşıladı və son mənzilə yola saldı. Masallının icra başçısı vətəninə də, vətəndaşına da, dövlətinə və dövlət başçısına olan sədaqətini nümayiş etdirdi. O, məmur olaraq üzərinə düşən vəzifəni də layiqincə yerinə yetirdi, insanlıq görəvini də. Amma bizim Bakıdakı bəzi məmurlar vətənini sevməyi bacarmır. Çünki onlarda insanlıq qalmayıb. Akademik Milli Dram Teatrının səhnəsini niyə İlhama son dəfə çox gördülər? Çünki İlhamın özündən də çox, onun ölüsündən qorxdular. Çünki ona olan böyük xalq sevgisinin axınından, onlara qarşı təpkilərdən ehtiyat etdilər. Dəfn mərasimində teatrın rəhbəri özü olsa da, görünmürdü. Kölgədə qalmışdı. Çünki onun vicdansız, ədalətsiz hərəkətləri onu kölgədə qodu. Teatrın baş rejissoru Azərpaşa Nemətov teatrın rəhbəri kimi göründü. Başsağlığı da ona verildi. Vida mərasimində o çıxış etdi. Bu da teatrın direktorunu xəcalət çəkməyə vadar etmədi? Yarım saat imkan vermədiniz ki, İlhamın cənazəsi səhnəyə qaldırılsın. Yaxşı, səhnəyə imkan vermədiniz, teatrın foyesində imkan yaradaydız. Ora da olmadısa, teatrın pilləkənlərinin qarşısında o cənazənin qoyulmasına imkan yaradaydız. Xalq artisti dünyasını dəyişmişdi. Onun haqqını ona verəydiz. O insan sağlamlığını teatra qurban verdi. Adamlar var ki, onların sağlığı heç kim üçün maraqlı olmayıb. Amma İlhamın ölüsündən də qorxdular. Onlar, o adamlar millətin gözü qarşısında bizi diri-diri öldürürlər. Sənətkarlara qarşı qətl törədirlər. İlham sakit öldü. Mən sakit ölməyəcəm. Mən ölmədən onları da batırıb gedəcəm. Son nəfəsimi onda verəcəm ki, onların çirkinliyini sübut edim. Mən sakit-sakit ölmək niyyətində deyiləm. Gec, ya tez bu insanların indiyə qədərki, bütün çirkinlikləri üzə çıxacaq. Nə yaxşı ki, biz dövlət başçısına müracət etdik. Nə yaxşı ki, ona üz tutduq. 5 ilə həll olunmayan problem bir neçə saata həll olundu və teatra baş rejissor təyin edildi. Dövlət başçısı siyasətlə, ölkə iqtisadiyyatı ilə məşğul olsun, ya belə xırda məsələlərə vaxt ayırsın? Axı belə problemlərin həlli üçün dövlətin məmurları var. Onları o vəzifələrdə niyə oturdublar? Teatrın direktoru sənətkarların bir-bir ölümünə fərman verir, amma hələ də onu yerində oturdub başa salmırlar ki, axı sən kimsən? Kimə güvənirsən? Deməli, bu insan o qədər güclüdür, özünə arxayındır ki, teatrda onlarla aktyorun qanını içir, ona heç kim heç nə demir. Bunun bir sonu olmalıdır, ya yox? Teatrın direktoruna sözümü deyirəm, İlhamı da öldürdün, indi kimin qətlinə fərman verməyə hazırlaşırsan? Sənin vicdanın səni necə rahat buraxır? Dəfn mərasimində sənin küncdə qalmağın da sənə dərs olmadı görən? İlhamın ölümü, onun taleyi Azərbaycanda aktyorların taleyinin göstəricisi oldu. O insan teatrın düşmənidir. Bəlkə də başqa sahədə çalışsaydıq, maddi cəhətdən daha böyük var-dövlət sahibi olardıq. Amma biz bu sənətə sevərək gəlmişik. Biz sizdən nə istəyirik? Biz deyirik ki, haqqımızı tanıyın. Siz bizi öldürməyə çalışırsız? Niyə bizim ölməyimizə tələsirsiz? Axı bizim sizə nə pisliyimiz dəyib? Akademik Milli Dram Teatrının problemlərini sənətkarlar ölmədən həll etmək o qədər də çətin deyil. Teatr İlham Əsgərovun ölümü ilə bir şəhid verdi. Bunun da günahkarı cəzasız qalmamalıdır. İlhamın dəfnində xalq sevgisi hətta bəzilərinin gözünə girdi. Çünki onlar öləndə belə hörmətlə son mənzilə yola salınmayacaqlar. Mən İlhamın ölümündə günahı olanlardan soruşuram. Günahsız insanın ölümünə səbəb olaraq bu vicdanla necə yaşamaq olar? Bu vicdanla necə rahat yaşaya bilərsiz? Ola bilər, bizim sizə gücümüz çatmaz. Çünki vicdansız insanlarla mübarizə hər zaman çətin olub. Amma əmin olun. Allahın bir ədaləti var. Əmin olun ki, o ədalətdən qaça bilməzsiz. Haqq-ədalət sizdən soruşulacaq, cəzanız da kəsiləcək. Arxayın olun ki, gün gələcək, hər şey ortalığa çıxacaq, kimin arxasında kim və nəyə görə durub, bütün bunlar adları ilə bir-bir açıqlanacaq. Bütün kollektivin iradəsinə zidd gedərək bir nəfəri müdafiə etməyin səbəbi nə idi? Bütün bu insanların adları da açıqlanacaq, əməlləri də ortaya qoyulacaq. O günə az qalıb. O ədalətli günü gözləyirəm. Bu gün olmadan da ölmək niyyətim yoxdu.Tahirə Məmmədqızı
"İlham sakit öldü, mən sakit ölməyəcəm"
Nurəddin Mehdixanlı: "Son nəfəsimi onda verəcəm ki, onların çirkinliyini sübut edim"