İlin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınacaq
05:44 22.02.2018
Arxiv
487
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunadək başlayacaq.
AZƏRTAC-ın a xəbərinə görə, bu sözləri Avstriyanın paytaxtı Vyanada səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C. Qurbanov qeyd edib ki, ilkin mərhələdə sərnişin daşınması Türkiyənin Qars şəhərinədək olan əraziləri əhatə edəcək. Bunun üçün ilk növbədə texniki şərtlər ödənilməlidir: "Texniki şərtlərdən biri ondan ibarətdir ki, Azərbaycan ərazisində dəmir yolunun iz ölçüləri 1520 mm, Türkiyə ərazisində isə 1435 mm-ə bərabərdir. Bir ölçüdən digərinə keçid üçün təkər cütlüklərinin dəyişdirilməsi və yaxud bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi tələb olunur”.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri bildirib ki, artıq İsveçrənin "Stadler” şirkətinə bu tələbə uyğun vaqonların hazırlanması üçün sifariş verilib. Yalnız bundan sonra bir ölkə ərazisindən digərinə keçərkən qatarların hərəkəti təkərlərin dəyişdirilməsi üçün vaxt itkisinə yol vermədən və bir ölçüdən digərinə keçid olmadan həyata keçirilə bilər. Eyni zamanda, sərnişin daşınması üçün yeni tipli vaqonlara ehtiyac var. Həmin vaqonlar da "Stadler” şirkətinə sifariş edilib və vaqonların təhvil verilməsi yəqin ki, gələn ilin may ayına qədər çəkə bilər.
C.Qurbanov qeyd edib ki, bir hissəsi bu ilin sonunadək təhvil verilməsi gözlənilən qatarlar Bakı-Tbilisi-Qars istiqamətində müntəzəm daşınmanı təmin edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm